61
toy musiqisi də, avazlı Yasin oxumaları da, bir üzü ilə rus çastuşkalarına, bir üzü ilə
müasir repə oxşayan, huşyar, etiraz tipli, yarış xarakterli, kəskin, acı və düz sözün pa-
fosunu özündə gizlədən
meyxanalar
da.* Amma buna baxmayaraq hər halda Qala
divarları arasında ən çox dinlənilən musiqi muğam idi. Keçmiş şəhər ağsaqqalları da-
nışırlar ki, yay günlərində, nə vaxt ki evlərin qapı pəncərələri açıq olurdu, havaya hər
tərəfdən muğam sədaları yüksəlirdi, İçəri Şəhər muğam çarşabına bürünürdü, Qala
divarları sanki bardaş qurub meditasiya içində qərq olurdu. Hər evin, məhəllənin və
döngənin üstündə həmişə bir muğam aurası dolaşırdı. Bax, elə bu idi əfsanə qədər
qədim köhnə İçəri Şəhərin musiqi məkanı.
Nə vaxtsa uzaq-uzaq zamanlarda dənizin ləpələri gəlib Qalanın divar və qapıları-
nı döyəcləyirdi. Ona görə təsəvvür eləmək olar ki, nə vaxtsa külək muğamı ağu-
şuna alıb dalğa-dalğa Xəzərin ucsuz-bucaqsız ənginliklərinə yayırdı. Fantaziya onu
da bizim qulağımıza pıçıldaya bilər ki, ətrafa külək və dalğalarla dağıdılmış muğam
sədaları dəniz səltənətinin müxtəlif səslərilə qarışıb, zənginləşib təzədən geri qayıdır-
dı, təzələnib geri qayıdırdı, bir qədər daha azad olub geri qayıdırdı. Belə fikirləşmək
mümkündür ki, minilliklər boyunca fasiləsiz sədaları pinq-ponq topları kimi bir-birinə
göndərən Xəzər və Qala muğamın dilini kamilliyə çatdırıblar və bu dil təmiz, şəffaf
və qüsursuz bir dilə çevrilib. (Və bəlkə də məhz buna görə muğamın dilini hamı bilə
bilmir.)
Amma hətta fantaziya və uydurmaları bir kənara atsaq belə, fərq eləməz, suyun
(
Xəzərin) və daşın (Qalanın) qonşuluğu möhtəşəmdir və bu möhtəşəmlik bizi əzəli və
əbədi olanın Gözəlliyinə doğru yönləndirəcək: bir tərəfdə su, bir tərəfdə daş: Dəniz
və Qala. Dəniz gah sakitdir, gah təlatümlü, coşqun, gah nəvazişkar, işvəli, şıltaq, gah
təhlükəli, dəlisov, təcavüzkar. Qala isə daş kimi möhkəmdir, tərpənmir dayandığı
yerdən, elə hey müdrik-müdrik seyr edir bəzən becid, bəzən asta qaçan, bəzən öz
kefinə yüyürən, bəzən də lal kimi donub qalan dalğaları. Bütün uydurma və fantazi-
yaların müəllifi gerçəklikdir.
Kim Bakıda olubsa, o bilir: elə ki məşhur Bakı küləkləri bir ağızdan üfürürlər, bü-
tün İçəri Şəhər öz evləri, qapıları, pəncərələri, məhəllə və döngələrilə birgə muğam
ahəngində improvizə eləməyə başlayır. Və dəniz bu improvizəyə cavab verib dal-
ğa-dalğa sədalar püskürür Qalanın üstünə. Və ya gümüşü damlalarla yayılır Xəzərin
hava məkanına. Ya da Xəzərin özü dönüb vahid bir səs olur. Və onda əgər diqqət
kəsilsəniz, görəcəksiniz ki, Böyük Qala küçəsindəki evdən sanki Dənizə və İçəri Şəhərə
hay verərək ülvi və gözəl bir musiqi yüksəlir.
*
Meyxana ilə bağlı bir epizod gətirmək
istəryirəm kitaba: bunu Vaqifin sinif
yoldaşı və uşaqlıq dostu şair Səmədoğlu
danışıb: “İndi meyxana dəbdədir. Mən
yəqin ki Sizi təəccübləndirəcəyəm: Vaqif
o vaxtın istedadlı meyxanaçılarından
biri idi, sinədəftər idi, onları məhz belə
adlandırırlar. Bu üçlük yaxşıların yaxşısı
sayılırdı: Vaqif, rəhmətlik Rəfiq Zəka və bir
də mən. Onda İçəri Şəhərin “avtoritetləri”
bizə meyxana sifariş eləyirdilər, qulaq
asıb razı qalırdılar və bizə “bəxşiş”
verirdilər. Və biz bu pulu xərcləyib
dondurma alırdıq, pirojki alırdıq, kinoya
gedirdik. Bu, 49, 50, 51-ci illər idi... Açıq
deyəcəyəm, bugün mən öz bioqrafiyamın
həmin epizodu ilə fəxr eləyirəm”.
1
NEW AZ 16 mart 2010.