74
Deyildiyi kimi, doğulduğu gündən anası Zivər xanımın ifasında muğam səslənir Böyük
Qala küçəsindəki evdən...
Zivər Əliyeva
51
Azərbaycanın ilk peşəkar qadın puianoçularından biridir. O, muğamın
incəliklərini elə yaxşı bilirdi ki, Bakı musiqiçilərinin əksəriyyəti onun yanına öyrənməyə
gəlirdi. Yox, gəl, hələ bir bilmə də, əgər sənin müəllimin Üzeyir Hacıbəylinin özü olub-
sa. İlk baxışda, bundan sadə nə var ki: Üzeyir bəydən ömürlük müğam sevgisi; öz
içində isə muğama və oğluna ömürlük sevgi. Amma əgər xatırlasaq ki, Zivər xanım
ağzınacan xurafatla dolu bir toplumda, qadının ictimai-mədəni rolunun ciddi şəkildə
cızıqlanıb məhdudlaşdırıldığı bir toplumda, öz yaradıcılıq yolunu başlayırdı, onda
Zivər xanımın kişiyana, riskli addımının əsl dəyəri həməncə aydınlaşacaq. Çəpərləri
uçurmaq, stereotipləri dağıtmaq, cəhalətin, avamlığın əleyhinə getmək tələb olunur-
du. Tələb olunurdu ki, hər dəfə sübut eləyəsən, müdafiə eləyəsən öz müstəqillik və
fərdi olmaq hüququnu. Gündəlik, heç də qadınlıqla bir araya sığmayan inadkarlıq,
dözüm, məqsədəyönlülük tələb olunurdu. Və burada qəribə heç nə yoxdur ki, mu-
ğamın dahi bilicisi məhz Zivər xanıma muğamın sirrlərini açır. Və tamamilə məntiqidir
ki, bu sirrlər bundan sonra ailənin irsi və sərvəti olacaq.
Ona görə ki, anam vardı, dəniz vardı, bir də Qala divarları...” Həqiqətən, anlaşılmazdı
kainatın səda yolları!
Tarixən şünaslıqda (hansını götürsək fərq eləməz) belə alınıb: böyük musiqiçinin
(
sənətçinin) həyat və yaradıcılığını araşdırarkən biz hər dəfə, bəzən hətta nəyisə o
tərəf-bu tərəfə çəkibən, nəyisə özümüz fikirləşib, sıralayıb düzübən, hərdən peşəkar
ədəbiyyatçı kimi onu buna, bunu ona qoşuban çalışırıq bu insanın uşaqlığında
heyrətləndirici elə fakt (hadisə) aşkarlayaq ki, onun qeyri-adi bacarığa malik oldu-
ğunu göstərsin, onun gələcək dahiyanə uğurlarını əsaslandırsın. Vaqiflə bağlı isə heç
nəyi uydurub toqquşdurmağına dəyməz. Onun fenomenal yaddaşı lap erkən yaşla-
rından özünü göstərib.
1943-
cü il gedirdi. İşdən qayıtmış Zivər xanım istəyir ki, bir az dincəlsin: divanda
uzanır və Səməd Vurğunun “Fərhad və Şirin” dramını götürüb oxuyur. Oxuduqca
mətnin, şeiriyyatın cəzbinə düşür və başlayır misraları deklamasiya ilə söyləməyə. Bu
zaman onun üçyaşlı oğlu xalçanın üstündə əyləşib kubiklərdən həvəslə ev düzəldirdi.
Birdən o, öz “işindən” ayrılıb, eşitdiyinin mənasına varmadan, anasının bayaqdan
söylədiklərini bir-bir, səhv buraxmadan təkrar eləyir. Təkrar eləyir sözbəsöz mətnin
böyük bir fraqmentini.