76
Onun ən mürəkkəb əsəri belə ağ vərəqdən əlüstü oxumaq bacarığını (bu, Vaqifin
parlaq gələcəyinin erkən müjdəçisi sayılır), oxuduğunu isə fotoplyonka surəti saxla-
dığı kimi saxlamaq qabiliyyətini bura əlavə etsək, onda “dahi caz ustadının uşaqlıq
illərinin” mənzərəsi daha güclü təsir göstərmək effekti qazanacaq. (Deyirlər ki, artıq
yaşa dolduğu vaxt, Vaqif mərcə bir neçə saat ərzində ayrıca bir sinfə girib hər hansı
bir sonatanı və ya fortepiano konsertinin birinci hissəsini əzbər öyrənə bilərdi və son-
ra onu çalardı da. Mərcdə udduğunu isə gedib dostları ilə birgə havaya sovurardı.
55
Vaqif böyüyürdü, anasının əziyyətisə artırdı, ailənin çətinlikləri çoxalırdı. Zivər xanım
konservatoriyada oxuyurdu, musiqi məktəbində dərs deyirdi, repetitor kimi çalışır-
dı. Ev işləri də bir tərəfdən yamanca vaxt aparırdı. Vaqif bu məsələlərdən tam azad
edilmişdi: çünki hər şey onun oxumağına qurban verilmişdi. Vaqif iki yerdə oxuyur-
du paralel şəkildə: Altıncı ümumtəhsil və Birinci musiqi məktəblərində. Sonuncu həm
də Zivər xanımın iş yeri idi. Amma əgər musiqilə bağlı öyrənmələr uğurla gedirdisə,
ümumtəhsil məktəbində Vaqifin aşkar geriləmələri hiss olunurdu. Gəl, bir olmasın da.
Əslində, ümumtəhsil məktəbində çalışmaq Vaqifi heç ilgiləndirmirdi. Nədən ki, Vaqif
günün əsas vaxtını fortepianonun arxasında keçirirdi. Axı muğama musiqi məktəbində
Bax, Hendel, Mosart, Bethoven, Şopen, List kimi Vaqifin yeni “kəşfləri” də əlavə olun-
muşdu. Belə şəraitdə də heç fizika, kimya, cəbr yada düşərdi? Əgər o, hər gün Baxın
və ya Bethovenin bir əsərilə tanış olurdusa, ümumtəhsil fənnlərinə yermi qalardı ada-
mın beynində?! Klassik musiqiyə vurğunluğun, marağın zirvəsi o olur ki, gənc pianoçu
1956-
cı ildə Bakı Simfonik Orkestrilə birgə Mendelsonun Fortepiano üçün konsertini
ifa edir. Hətta bu haqda balaca bir qeyd də dərc olunur, lakin bu balaca qeyddə belə
ifaçının yaşı və soyadında səhv buraxılır: “Çox hərarətlə qarşılandı 14 yaşlı pianoçu
Vaqif Mustafayevin çıxışı. O, fortepiano üçün konsertin birinci hissəsini əla çaldı. Mus-
tafayevin əla texnikası var, duyulur ki, ifa elədiyi əsərin ruh aləminə nüfuz edə bilir”.
56
Əfsus ki, Zivər xanım üçün bu sevindirici dəqiqələrin fərəhi uzun sürmədi. Onun
klassik musiqiyə qarşı sonsuz sevgisinə baxmayaraq, bu məşğuliyyət Zivər xanımın
oğlunun
əsas həyat musiqisinə
çevrilmədi. Zivər xanımı dilxor eləyən məqamlardan
biri də bu idi ki, “normal” əsərlərin ifa ardıcıllığı arasında yaranmış fasilələrdə, bir də
görürdün, qəribə səslər çıxdı royaldan. Baxa, Mosarta, Şopenə heyranlıq təbiidir. La-
kin musiqidə belə köntöy melodiyalara, sərt, dissonans verən harmoniyalara, pır-
pız ritmlərə və xaotik improvizələrə ehtirasla bağlanmaq Zivər xanıma anlaşılmaz
görünürdü. Bu nə musiqiydi, ilahi? Rahatlıq, dinclik, sakitlik gətirən musiqi əvəzinə
qıcıqlandıran, pisikdirən musiqi? Dünyamı qopdu, çaylarmı tərsinə axdı? Ruhsallığı
aqressiya ilə, harmoniyanı şuluqla xırdalayan musiqi? Olan şeydirmi bu? Zivər xanım
Vaqif 17 yaşında