77
Əliyeva üçün bu, normadan, sıradan, kənar bir şey idi! Məgər o, bunu arzulamış-
dı, bunda görmüşdü oğlunun yaradıcı təyinatını, onun ömür məqsədini? Təsəvvür
etmək mümkündür nələr çəkmişdi, nələr yaşamışdı və nələr düşünmüşdü həmin za-
manda Vaqifin anası Zivər xanım...
Amma o özündə müdriklik, dəyanət, qüvvə tapdı, oğlunun maraqlarına əngəl
törətmədi, əməllərinə mane olmadı: Vaqifin istəklərinin ziddinə getmədi, onu heç
nədə suçlamadı, günahlandırmadı... Zivər xanım bu naməlum, haylı-küylü “şuluq”
incəsənəti başa düşməyə çalışdı. Ona görə üz tutdu Mərkəzi şəhər kitabxanasına,
caz haqqında nə tapdısa sifariş elədi, oxudu. Bax, bundan sonra, özünün dediyi kimi,
birazcana sakitləşdi, içində tüğyan eləyən emosiyaları cilovladı. Odur ki, evdə ən adi
şeylərə pul çatmadığı, ehtiyac duyulduğu bir zamanda Vaqifin maqnitofon almaq
xahişini yerə salmadı.
Və tamam! Daha heç nəyi düzəltmək və ya dəyişmək mümkün olmayacaqdı! Maq-
nitofonla birgə caz da köçüb gəlmişdi bu evə. İndi Vaqifgildə özü və anasından
savayı Muğam, Maqnitofon və Caz yaşayırdı. Maqnitofon onların evinin qapı və
pəncərələrini Çarli Parker, Dizzi Gillespi, Telonius Monk, Deyv Brubek, Oskar Piterson
kimi cazçıların üzünə açdı... Pianoçu Bill Evansla saksofonçu Con Koltreyn də bu evin
işığına yığışdılar. Artıq caz bu evdən çıxıb heç hara gedəsi deyildi!
Koltreyn barədə birazdan, Evans haqqında isə elə indicə, isti-isti: “Mən Bill Evansı
dinləməyi xoşlayıram, daha onun barəsində danışmağı yox”.
57
Vaqif birinci dəfə doqquz yaşında Corc Gerşvinin
The Man I love
mahnısını çaldı. Bir
də otuz doqquz yaşında ölümünə bir necə gün qalmış onu yenidən ifa elədi. Gerşvi-
nin melodiyasını bütün ömrü boyu səsləndirdi. Hər dəfə də bir başqa cür. Ola bilərdi
ki, bu, onun proqramlaşdırılmış “həyat melodiyası” olsun. Olmadı. Bu haqda sonra
söhbət eləyəcəyik.
Təhsili və ilk əmək təcrübələri
1957-
ci ildə Mustafazadə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil olur, 1958-
ci ildən isə işləməyə başlayıb ailənin büdcə xərclərinə yardım eləyir.
Əvvəlcə Xalq Çalğı Alətləri Orkestrində pianoçu-akkompaniator kimi çalışır, sonra isə
Azərbaycan Radio Komitəsində solist pianoçu statusunda işə düzəlir. Burada “solist”
Corc Gerşvin