78
sözü formal bir şeydir. Ümumiyyətlə, solo ifadan söhbət gedə bilməzdi: çünki əsas
vəzifə orkestrdə ritmi və harmonik funksiyanı yerinə yetirməkdən, müşaiyətçi olmaq-
dan və musiqiçilərlə birlikdə ansambl və solo partiyaları öyrənməkdən ibarət idi.
Amma bütün bunlar Vaqifi heç də qıcıqlandırmırdı. O, caz içində əriyib itirdi, fanatik
olurdu və bundan artığını təsəvvür etmək mümkünsüzdü. Səhərdan gecə keçənə
qədər, günlərlə istirahət bilmədən, dostları, rəfiqələri, qohumları ilə ünsiyyətdə
olarkən onun beynində yalnız caz fırlanırdı. Hətta gündəlik dumanlı şərqli keyfi də
caz fantaziyasının azadlığından ötrü bir stimul, bir dopinq idi. Düşünmürəm ki, həmin
dövrdə “sənin mövcudluğun dünyaya lazımdırmı?” və ya “sənin gördüyün iş dünya
üçün dəyər kəsb edirmi?” ya da “sənin sənətinin mənası varmı?” kimi suallar onu
narahat edəydi. Onun vaxtı da çatmırdı bu haqda fikirləşməyə: nədən ki, caz onu
bütövlükdə udmuşdu yunusbalığı kimi...
Bunu o, çox-çox sonralar, onilliklər ötüşüncə, bir dəfə suallara cavab verərkən, uzun
söhbətdən yorulub astaca söyləyəcək musiqiçinin tarixi missiyası haqqında: “Dahi
musiqiçinin ən başlıca keyfiyyəti onun əbədi dərkedilməzliyi və tükənməzliyidir, onun
əbədi olaraq bütün zamanlara və dövrlərə qayıtmasıdır. Daimi cəhddir, canatımdır,
Vaqif Mustafazadə ... bunlar hələ olasıdı...