82
Sonralar disklərdə, maqnit yazılarında, konsertlərdə və “cəm”lərdə biz Mustafazadə
ifasında nurlanmış, ruhsal Raxmaninov pianoçuluğunun əlamətlərini görəcəyik, Rax-
maninova mənsub mövzu və melodiyaların pərvazlanmasının şahidi olacağıq. (Yeri
gəlmişkən, Şaroyev uzunsov və yumru, hamar olmayan, haçalı Vaqif barmaqları ilə
aktiv mübarizə aparırdı, hər gün çalışırdı ki, ikisaatlıq məşqlərlə onlarda heç olmasa
nəyisə dəyişsin. Alınmırdı. Barmaqlar eləcə haçalı qaldı, hamarlanıb yumrulanma-
dı. Əvəzində professor pedantizmi Vaqifi fortepiano ifaçılığı üçün gərəkli texnikaya
yiyələndirdi.*)
Şaroyevin yanındakı məşğələlər sonuncu şansdı ki, Vaqif əllərini uzadıb akademik
karyeradan yapışsın. Mümkün ki, bu, elə belə də olacaqdı, əgər bu bədnam
seçmək
hüququ
özünü ortaya atmasaydı. Ona görə bədnam ki, bütün hüquqlar içində o,
ən eqoistidir. Lakin bizim caz tariximiz üçün Vaqifin reallaşdırdığı bu hüquq həm milli
musuqi həqiqətlərindən biri oldu, həm də Azərbaycan mədəniyyətinin əsl sərvəti.
Hərçənd, çox ehtimal ki, musiqiçi bu seçimi şüurlu şəkildə eləməmişdi, çünki onun
taleyində hər şey çoxdan öz-özünü müəyyənləşdirmişdi.
Caz içində necə yaşamışdısa, indi də eləcə yaşayırdı, cazla yatırdı, cazla dururdu:
dünyanı caz sədaları, caz harmoniyaları, caz ritmlərilə eşidirdi və bu şakəri tərgitmək
fikri yox idi. Caz Vaqif üçün ünsiyyət vasitəsi idi. Caz Vaqif üçün özünü ifadə etmək
və başqaları tərəfindən anlaşılmaq imkanı idi. Caz Vaqif üçün öz şəxsi həqiqətinə
yiyələnmək yolu idi. Şekspir Maqbetinin “Xeyirdə şər var, şərdə – xeyir” deyimini
dəyişsək, Vaqif həyatının devizi alınacaq: “Cazda həyat var, həyatda – caz”.**
Aydındır ki, bu cür varlığı olan bir kimsədə
caz
templərilə akademik təhsil bir-
birinə çətin uyuşurdu. Vaqif yenə də əvvəlki kimi, əlinə fürsət düşən kimi caz çalır,
improvizə edir, suinq içində əriyib itirdi. Ondan hər yerdə – siniflərdə, klublarda, insti-
tut gecələrində caz tələb eləyirdilər. Belə caz gecələrinin birində, Azərbaycan Dövlət
Neft və Kimya İnstitutunda o, özünün birinci arvadı Nərminə ilə tanış olur və çox
çəkmir ki, onların Lalə adlı qızı işıqlı dünyaya göz açır.
Sonra isə Tiflisdən qəfil dəvət gəlir: onu dəvət eləyirlər “Orero” vokal-instrumental
ansamblının rəhbəri olmağa. Və görəndə ki, caz axtarışlarını gəlişdirmək üçün ideal
şans var, Vaqif evdə rahat yaşamaqdan imtina edib tanımadığı özgə bir şəhərə gedir.
Musiqinin xətrinə gedir, dünyada ən çox sevdiyi bir nəsnənin xətrinə gedir, ümid da-
lınca gedir: gedir ki, o bənzərsiz olanı, özününkü olanı tapıb aşkarlasın. Baxmayaraq
ki, o, son dərəcə sadiq oğul, ər və ata idi.
**
Mustafazadə ilə bir yerdə təhsil alıb
onunla bərk dostlaşmış Akif Abdullayev
mənə belə bir maraqlı hadisə danışdı: “Bir
dəfə ölkənin Kondakov, Midnı, Berukştis
kimi tanınmış caz musiqiçiləri Bakıya
toplaşırlar. Filarmoniyada konsertdən
sonra onlar qərara gəlirlər ki, bizim
cazçılarla bir cəm düzəltsinlər. Lakin
həmin gün bizimkilərdən ancaq bir tək
Vaqif səhnəyə çıxır və məşhur caz ustaları
ilə rəqabətə girir. Elə caz çalır ki, hamını
heyran qoyur və caz Bakısının şərəfini,
adını xilas edir”.
*
Vaqif danışırdı ki, Şaroyevdən öyrəndiyi
texnika improvizələr zamanı ifaçılıq
müşküllərini unudub yalnız fikir
və ideyaların təcəssümü haqqında
düşünməyə imkan verirdi. Barmaqlar elə
bil ki, hansı notları götürmək və hansı
tərəfə hərəkət etməyin lazım olduğunu
əvvəlcədən duyurdular.