85
Tiflis dövrü. Corc Gerşvindən The man I love
TiflisMustafazadəni hərarətlə, gülərüzləqarşıladı. Onunmusiqi istedadını, improvizə ver-
gisini, pianoçu ustalığını, aranjimançı qabiliyyətini həməncə və layiqincə qiymətləndirdi.
Əla şərait düzəltdilər onun üçün və yaradıcılıq işlərinə burunlarını soxmadılar. O şey ki
vətənində Vaqifə çatmırdı, onu vətəndən uzaqda əldə elədi. Məhz Tiflisdə, Mustafazadə
duyanda ki, onun sənətinə qarşı həqiqi maraq var, bütünlüklə öz sevdiyi peşənin dün-
yasında qərq ola bildi. “Orero” ilə bütün ölkəni qarış-qarış gəzə-gəzə, misilsiz ifaçılarla,
sırasına Vaxtanq Kikabidze və Nani Breqvadze kimi ünlü sənətçilər də daxil olmaq-
la, əməkdaşlıq eləyə-eləyə Vaqif cazı unutmurdu. Hərçənd o, əsl peşəkar kimi və hər
şeydən öncə, gündəlik işin həcmini və repertuar planını yerinə yetirirdi.
Repertuar planı deyəndə ki, bu, ibarət idi gürcü xalq nəğmələrindən, sovet estrada
musiqisindən, rus romanslarından, Qərbin müasir vəznlərindən, gürcü müəlliflərinin
mahnılarından, dəliqanlı qaraçı oxumalarından. Yəni ki, bu repertuar müasir yüngül
janrın konsentratı təəssüratını oyadırdı. Musiqi rəhbəri funksiyasını yerinə yetirə-yetirə
Vaqif Gürcüstan Dövlət Filarmoniyasının “Qafqaz” caz triosunu yaratdı; o heyəti ki, onun
musiqi məqsədlərinə daha dəqiq cavab verirdi.
Parlaq improvizələr ustasına öz fantaziyalarından ötrü sərbəstlik, azadlıq, geniş mey-
dan tələb olunurdu. Trio isə bunun təminatçısı ola biləcək ən optimal bir qurum idi.
Müxtəlif tipli musiqi materialları ilə, – muğam ahəng və melodiyalarından tutmuş poli-
tonal harmoniya və mürəkkəb ritmlərədək hamısı ilə, – eksperimentlər aparmaq üçün
imkan vardı artıq... Şükrlər ki, “Qafqaz” ifaçılarının, – kontrabas ustası Geno Nadiraşvi-
li və zərbçi Feliks Şabsisin, – peşəkarlıq səviyyəsi belə bir rəngarəngliyin mümkünlük
şərtinə çevrilirdi.
O şeyin ki, haqqında Vaqif Bakıda uzun müddət düşünür, üzərində çalışırdı, onu məhz
Tiflisdə gerçəkləşdirməyə səy göstərir: səy göstərir ki, etnik elementilə caz elementi-
ni birləşdirsin, milli musiqi materialını caz materialı ilə uzlaşdırsın; elə bir qayədə uz-
laşdırsın ki, onlar bir-birinə zidd olmasınlar, bir-birini tamamlasınlar. Bu da əvvəl-əvvəl
heç alınmırdı, alındığı vaxtlarda isə sünilik, qəsdən düşünülmüşlük təəssüratı oyadır-
dı: daxili tənləşməni tapmaq olmurdu: və bu tənləşmə prinsipial şəkildə akademik
musiqidə gözlənilən tənləşmədən fərqlidir. Yəni bu istiqamətdə bəstəkar-“klassiklər”in
təcrübəsindən faydalanmağın heç bir perspektivi yoxdur. Bu tənləşmə olmadan isə ya
cazın payı, ya da etnik musiqinin payı artıq görünürdü, üslub nisbəti pozulurdu, forma-
sızlıq meydana çıxırdı.