92
Bu illərin musiqisində caz və etnoqrafik başlanğıcları bir-birinə calaşdırmaq vərdişlərinə
hələ təzə-təzə yiyələnirdilər. Ona görə Mustafazadə həmişə nəyisə fikirləşib tapmalı,
nəyisə kəşf eləməliydi. Bu cəhdlər dövrün ümumi musiqi tendensiyaları axarında olan bir
şey idi: hər yerdə milli caz bənzərsizliyini aşkarlamaq meyllərilə səciyyələnirdi. Rusiyanın,
Qafqaz respublikalarının, Ukraynanın, Pribaltikanın musiqiçiləri öz mədəniyyətlərinin et-
nik qatlarını intensivcəsinə mənimsəyirdilər və öz caz kompozisiyalarında onlardan ya-
rarlanırdılar. “Kreşendo” adlı Moskva ansamblı Orta Asiya, Qafqaz xalqlarının, qutsulların
musiqisindən faydalanırdı. Xalq musiqisi əlamətləri eston cazının patriarxı Uno Naysoo
yaradıcılığına da aktiv şəkildə nüfuz edirdi. O deyirdi ki, cazda müasir də olmaq müm-
kündür, milli də: və bunların bir-birinə heç bir maneçiliyi yoxdur.
Cənab Naysoo ilə bağlı kiçik bir epizod bu tendensiyanın mahiyyətini çox gözəl
konkretləşdirir: “60-cı illərin əvvəllərində Tallin festivalının kuluarlarında belə bir hadisə
yaşandı. Bir neçə musiqiçi mübahisə edirdi. Onlardan biri digərlərini inandırırdı ki, caz
qapalı bir musiqidir, təbiətcə xüsusiləşmiş musiqidir və onun “heç bir başqa musiqi”
ilə, folklor da həmin sırada olmaq şərtilə, təmasa ehtiyacı yoxdur.
Bəstəkar Uno Naysoo sakitcənə bu ehtiraslı nitqi dinlədi. Elə ki söhbətdə pauza ya-
randı, o, yavaşca, sanki öz-özünə düşünüb danışırmış kimi söylədi: “Məgər həm milli
musiqinin, həm də caz musiqisinin ifaçısı olmaq mümkün deyilmi? Eyni zamanda
həm ondan, həm bundan olmaq olmaz yəni?” Uno utancaq-utancaq gülümsədi və
elə bil ki hamıdan əvvəl özünə cavab verdi: “Məncə, olar... olar... Mən sınayacağam”.
Uno öz fikrini işi ilə təsdiqlədi: onun musiqisində cazın və eston xalq musiqisinin
birgəliyi öz əməli təcəssümünü tapdı.
63
Bakıda etno-caz müstəvisində Rafiq Babayev öz kvartetilə eksperimentlər apa-
rırdı. Zamanın özü “caz oyunu”nun yeni qaydalarını sifariş eləyirdi və bu qaydalar
Mustafazadənin axtarış və cəhdlərilə yamanca səsləşirdi. Doğrudan ha, nə demək olan
şeydi Vaqif üçün qayda? O ki bütün ömrü boyu qaydaları pozub yaşamışdı, qaydaların
əleyhinə, ziddinə yaşamışdı və pozduğunun yerinə öz qayda-qanunlarını yazmışdı?!
Həmin dövrün məşhur Tallin caz festivallarında Vaqif elə bu qaydaları yoxladı, sınaq-
dan keçirdi dinləyici kütləsinin qarşısında. Özü də ard-arda iki festivalda: 1966 və
1967-
ci illərdə, o vaxt ki, bu festivallar XIII və XIV nömrələri altında qeydə alınmışdı.
Tallin caz festivalları müharibə illərindən sonrakı sovet cazının ayrıca və yəqin ki, ən
maraqlı səhifəsidir. Onların tarixi 1949-cu ildən başlayır, 1959-cu ildən üzü bəri isə