94
Estoniya paytaxtında özünə həmişəlik yer tapır. Bax, elə o vaxtdan etibarən bura sovet
caz ifaçılarından ötrü özünəməxsus Monblana çevrilir. Çünki yalnız Tallində mümkün
idi həm peşəkarlığın səviyyəsini, həm də seçilmiş istiqamətin doğruluğunu yoxlamaq.
Tallin festivalları sanki həmişə sovet cazının konkret bir mərhələsini yekunlaşdırırdı və
onun inkişafının yeni tendensiyalarını müəyyənləşdirirdi. Hansı bir məqamdan sonra-
sa bu festivallar beynəlxalq status aldı və Tallinə dünyanın müxtəlif nöqtələrindən caz
ustaları axışıb gəlməyə başladılar. Tallin festivalının vərəsəsi sayılan Jazzcaarın çoxillik
təşkilatçısı kimi tanınan Anne Ermin sözlərinə görə “Tallin caz festivalı öz zirvəsinə
1967-
ci ildə çatdı, haçan ki, burada başqa xarici ifaçılarla yanaşı ABŞ-dan təşrif bu-
yurmuş Çarlz Lloyd da öz kvartetilə çıxış elədi”. Bu çıxış diskə yazıldı və Amerikada
yayımlandı. Odur ki, “artıq 60-cı illərdə Tallin adını bir çox ölkələrdə tanıyırdılar və
çəkirdilər”.
64
Lloyddan əlavə Tallin-67-yə elə masştablı caz ifaçıları yığışmışdılar ki, bu festivalı
artıq “beşulduzlu” etməyin vaxtı yetişmişdi. Pianoçu Kit Cərret, zərbçi Cek Ceconet,
saksofonçu Zbiqnev Namıslovskinin adlarını çəkmək bəs edəcək. Axı bundan əlavə
Tallinə ustad isveçlilər, başda Yan Yohanson, Kurt Arnberq, Arne Domnerus kimi
caz sənətçiləri olmaq şərtilə, fin gitaraçısı Xeyko Laurilla və isveçrəli virtuoz bara-
ban ifaçısı Pyer Favr gəlmişdilər: digər Avropa məmləkətlərindən də tanınmış caz
sənətçiləri vardı festivalda. Heç doğma İttifaqın komandaları da üz qarası deyildilər:
Oleq Lundstrem, German Lukyanov, Anatoli Krol, İosif Vaynşteyn, Vyaçeslav
Qanelin, Rayvo Tammik, İqor Bril caz-paradın mənzərəsinə əskiklik gətirmirdilər. Yerli
bakılıların nümayəndələri də festivala qatılmışdılar saksofonçu Vladimir Sərmakeşov
və pianoçu Vaqif Sadıxovun timsalında. Düzdür, onlar Bakını yox, “KM” kvartetinin
tərkibində Moskvanı təmsil edirdilər. Real şəkildə Bakıdan yalnız Rafiq Babayevin
caz coğası vardı və bu qrupun ifası Tallin festivalının ən güclü təəssüratlarından
biri kimi yadda qalmışdı. Amma və lakin... festivalın gözü, zinəti Uillis Konover idi:
o adam ki, “Amerikanın səsi”ndən yayımlanan verilişlərilə bir sıra sovet caz ifaçıları-
nın taleyini müəyyənləşdirmişdi. Konover şərtsiz və obyektiv avtoritet sayılırdı: əgər
kiminsə haqqında mənfi nəsə desəydi, həmin adam gərək o andaca cazla məşğul
olmağın daşını ataydı.
Tiflisdən Tallinə, bax, bu möhtəşəm caz forumuna, öz “Qafqaz” triosu ilə birgə, hələ
o zaman qədərincə tanınmayan pianoçu Vaqif Mustafazadə də gəlmişdi. Düzdür,
1966-
cı ildə o, laureat olmuşdu: 1966-da Vaqifin istedadını Tallində görmüşdülər,
görüb bəyənmişdilər, bəyənib qəbul eləmişdilər, qəbul eləyib qiymətləndirmişdilər.
Amma bu heç nəyi dəyişmirdi, ifaçıya əlavə bonuslar vermirdi. Səbəbi də bu idi ki,