98
EurovisionMahnı Müsabiqəsinə
ictimai dəstək
Yüzlərlə gənc Xəzər dənizi sahilində Eurovision Mahnı Müsabiqəsi 2012-nin Light Your Fire! şüarını simvolizə edən
hava fənərlərini yandıraraq səmaya uçurur, Eurovision 2012 bayraqları ilə bəzədilmiş motosikletlərlə şəhəri dolaşır,
Eurovision Mərkəzinin qarşısında müsabiqəyə həsr olunan rəsmlər çəkir, eləcə də Eurovision ulduzlarının iştirakı ilə
konsertlər, müxtəlif viktorinalar təşkil olunurdu.
Eurovision Mahnı Müsabiqəsi ərəfəsində Bakıda bu cür aksiyalara tez-tez rast gəlmək olardı. Vətəndaşlar bununla
Azərbaycanda ilk dəfə keçirilən Eurovision Mahnı Müsabiqəsinə töhfəsini verməyə çalışırdı. İstər Eurovision Mahnı
Müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubunun təşkil etdiyi aksiyalar, istərsə də ayrı-ayrı həvəskar qrupların
keçirdiyi tədbirlər layihənin ölkəmizdə təbliğinə böyük dəstək oldu.