105
EUROVISION BAKI ŞOUSU
Mayın 24-də keçirilən ikinci yarımfinalın interval şousunda EurovisionMahnı Müsabiqəsinin son 5 ilinin qalibləri – serbiyalı
Mariya Şerifoviç, rusiyalı Dima Bilan, norveçli Aleksandr Rıbak, almaniyalı Lena Mayer, azərbaycanlı Eldar və Nigarın
müsabiqədəki mahnılarını milli musiqi alətlərimiz olan tar, kamança, saz, balaban, nağaranın müşayiəti ilə ifa etmələri bu
məşhur əsərlərə yeni nəfəs verdi.
Mayın 26-da Eurovision Mahnı Müsabiqəsinin finalının açılış şousunda ustad sənətkar Alim Qasımovun “Məni şəm
yandıra bilməz, oda pərvanə kimi, yurdum Odlar Yurdu, çün Azərbaycanım var” beyti ilə muğam ifası, balabanın həzin
səsi və rəqqasların od rəqsi müasirliklə ənənənin gözəl sintezi idi.
Müsabiqənin final mərhələsində səhnədə bir başqa möhtəşəmlik yaşandı. Kamançanın ifası, skripkaçıların müşayiəti ilə
nağara çalanların şousu. Bütün bunların ardınca səhnəni bürüyən alov Light Your Fire! şüarını canlandırdı. Daha sonra
tanınmış müğənni və bəstəkar Emin “Never Enough” mahnısını ifa etdi. Final mərhələsinin interval şousu müsabiqənin
sonunda yenidən canlanma yaratdı.
Eurovision Mahnı Müsabiqəsi 2012 şousunda həm də yeni üslubda postkardlar təqdim olundu. Bakıdakı yarışmada
postkardların mövzusu və çəkilişində yenilik edildi. Hər ölkənin səhnədəki çıxışından əvvəl yayımlanan 40 saniyəlik
təqdimat videolarında Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, füsunkar təbiəti, təbii sərvətləri, sənətkarlıq
nümunələri, dini tolerantlığı, qədim abidələri, müasir memarlıq nümunələri, Qarabağ atları, xalçaçılıq sənəti və s. ekran-
lara gətirildi.
Bakıda və Azərbaycanın regionlarında (Şəki, Naxçıvan, Qəbələ, Qusar və s.) aparılan çəkilişlərdə simfonik orkestr, 5 opera
müğənnisi, balet truppası, caz qrupları, muğam ifaçıları, milli rəqqaslar, kütləvi səhnələrin çəkilişi üçün 200-dən çox
adam, 41 Qarabağ atı və s. iştirak edib.
Eurovision Mahnı Müsabiqəsi 2012-yə böyük marağın bir göstəricisi də biletlərə olan tələbat və şoudakı izləyicilərin sayı
idi. İstər yarımfinallar və onların əsas məşqləri, istərsə də jüri finalı və final konsertlərində arena tamaşaçılarla dolu idi.
Şounu şəhərdəki bir neçəböyükmonitorda, o cümlədən “EuroVillage”dəkimonitordada canlı izləmək imkanı yaradılmışdı.
Eurovision Mahnı Müsabiqəsi 2012-də hər seyrçinin öz adına biletlərin satılması şoudakı yeniliklərdən biri idi. Biletlərin bu
cür satışı onların qiymətlərinin sonadək sabit saxlanması, bir şəxsin adına olan biletin digərinə fərqli qiymətə satılmasının
və ya onun saxtalaşdırılmasının qarşısının alınmasında əhəmiyyətli sayılırdı. Şounu Bakı Kristal Zalında izləmək üçün
tamaşaçıların 30 manatdan 240 manatadək seçim imkanı var idi.