114
Azərbaycanı olduğu kimi
görmək fürsəti
Eurovision Mahnı Müsabiqəsi bu gün dünyanın ən populyar televiziya layihəsidir. Bu layihə ötən müddətdə təkcə
Avropanın deyil, dünyanın əksər ölkələrinin auditoriyasının sevimli, böyük maraqla izlədiyi şouya çevrilib. Bu gün
Eurovision Mahnı Müsabiqəsinin dünyanın 50-dən çox ölkəsində 100-150 milyondan artıq izləyicisi var.
İlk dəfə 1956-cı il mayın 24-də yayımlanan Eurovision Mahnı Müsabiqəsi 7 ölkənin təmsilçilərinin iştirakı ilə keçirilmişdisə,
bu gün müsabiqə Avropa və Asiya ölkələrini bir araya gətirir.
AvropaYayımları Birliyininstatistikasınaəsasən, Bakıdakeçirilən57-ci EurovisionMahnıMüsabiqəsininbirinci yarımfinalını
19,4
milyon nəfər, ikinci yarımfinalını 19,6 milyon nəfər, final mərhələsini isə 63,9 milyon nəfər televiziya vasitəsilə canlı
yayımda izləyib. Ümumilikdə hər üç şounun canlı televiziya yayımında 102,9 milyon nəfər izləyicisi olub. Bu isə 2011-ci
ildəki şou ilə müqayisədə 37 % yüksəkdir.
Eurovision Mahnı Müsabiqəsi 2012-yə internetdə də maraq böyük idi. Müsabiqənin rəsmi internet səhifəsi olan
saytına il ərzində 17 milyon izləyici 100 milyon dəfə baxıb. Saytdakı videolar ümumilikdə 150 milyon
dəfə izlənilib. Bu isə 2011-ci illə müqayisədə 80% çoxdur. Şounun finalı internet vasitəsi ilə 186 ölkədə izlənilib.
Ümumiyyətlə, Eurovision Mahnı Müsabiqəsi sadəcə mahnı yarışması deyil. Bu həm də müxtəlif mədəniyyətləri, insanları
bir araya gətirən, ayrı-ayrı xalqların musiqisinin, adət-ənənəsinin qovuşduğu layihədir. Bir il ərzində Eurovision ailəsinə
daxil olan ölkələr bir-birinə daha yaxınlaşır, müxtəlif xalqlar arasında sıx ünsiyyət yaranır.
Eurovision Mahnı Müsabiqəsi 2012-yə hazırlıq ilində bütün KİV-in, Eurovision fanatlarının marağı Azərbaycanda
fokuslaşmışdı. Avropanın tanınmış televiziya kanalları, qəzet və jurnalları bir il ərzində Azərbaycan, o cümlədən onun
mədəniyyəti, adət-ənənələri, tarixi, turizmi haqqında silsilə reportajlar, xüsusi verilişlər hazırladı. Böyük Britaniya, Almani-
ya, Rusiya, Fransa, Serbiya və digər ölkələrin KİV-ləri Eurovision Mahnı Müsabiqəsi 2012-yə hazırlığın hər bir mərhələsi
haqqında Bakıdan reportajlar yayımladı.
Eurovision Mahnı Müsabiqəsi 2012-nin rəsmi milli saytı
ilə
arasında müxtəlif
layihələr həyata keçirildi. Bunların sırasında Eurovision Mahnı Müsabiqəsi 2012-nin İşçi Qrupunun “Həftəlik Bakı” layihəsi
çərçivəsində hər dəfə hazırladığı fotoreportajlar ev sahibi şəhəri Avropaya daha yaxından tanıtdı. “Azərbaycana səyahət”
video layihəsi çərçivəsində isə tariximiz, qədimvəmüasir musiqimiz, adət-ənənələrimiz, mətbəximiz hər həftə Eurovision
auditoriyasına təqdim olundu. Eurovision fanatları, avropalı izləyicilər bu layihələrlə Azərbaycanı daha da yaxından
tanımaq imkanı qazandı, müsabiqəyə hazırlığın bütün mərhələlərini video və foto reportajlar vasitəsilə izləmək imkanı
əldə etdi. Eurovision Mahnı Müsabiqəsinin rəsmi saytı
ilə ev sahibi ölkənin rəsmi milli saytı arasında ilk
dəfə həyata keçirilən bu layihənin əhəmiyyətini Avropa Yayımları Birliyinin nümayəndələri də xüsusi vurğulayırdı.
Eurovision Mahnı Müsabiqəsi Azərbaycanı və azərbaycanlıları dünyaya olduğu kimi tanıtmağa imkan verdi. Qeyd edək
ki, müsabiqənin keçirildiyi iki həftə ərzində Azərbaycana 103 mindən artıq turist gəldi. Ümumiyyətlə, bir il ərzində həyata
keçirilən layihə çərçivəsində Azərbaycanın iqtisadi potensialı, zəngin tarixi ilə yanaşı, onun müasirliyi, turizm imkanları,
milli-mənəvi dəyərləri, mədəni irsi bir daha nümayiş olundu və bu möhtəşəm tədbirin keçirilməsi ölkəmizin dünya
miqyasında təbliği üçün yeni imkanlar açdı.
Azərbaycana heyran qalan turistlər, Eurovision fanatları Bakıdan “Müsabiqədə bir də qalib olun!” deyərək ayrıldılar.