123
HƏMİŞƏ SƏNİNLƏ OLAN BAYRAM
Qreta Salome və Consi
İslandiyanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçiləri
Bakı gözəl şəhərdir. Burada insanlar da çox gözəl və səmimidirlər.
Bizə belə şərait yaratdığınıza görə çox sağ olun. Bakıdakı insanların
çöhrələrindəki təbəssümü heç vaxt unutmayacağıq. Səmimiyyət,
doğmalıq gördük və özümüzü evimizdə hiss etdik. Bizi şəhərinizə
dəvət etdiyinizə görə təşəkkürlər.
İvi Adamou
Kiprin Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi
Şəhərinizgözəldir. Səmimi vənəzakətli insanlarınız, həmçinindadlı
yeməkləriniz və möhtəşəm binalarınız var. Burada olmağımdan
şadam. Bakı və Kristal Zalı mənə böyük təəssüratlar yaşatdı. Hər
şey üçün təşəkkürlər!
Maya Sar
Bosniya və Herseqovinanın Eurovision Mahnı Müsabiqəsi 2012
təmsilçisi
Eurovision Mahnı Müsabiqəsinin iştirakçısı olduğuma görə çox
məmnunam. Azərbaycana, eləcə də Bakıya birinci dəfədir səfər
edirəm. Siz çox sevimli və səmimi insanlarsınız. Bakı Kristal Zalı və
təşkilati işlər həqiqətən gözəldir. Sizə böyük uğurlar arzulayıram.
Rona Nişliu
Albaniyanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi
Bakı, mən səninlə Əzizə Mustafazadə və onun “Yeni Bakı”
kompozisiyası vasitəsilə tanış olmuşam. Səninlə gözəl musiqi
və bənzərsiz əhval-ruhiyyə ilə tanış olmaq həqiqətən də xoşdur.
Xəzərin sahilində gəzmək və fantastik İçərişəhəri ziyarət etmək
şansım olduğuna görə çox şadam. Məni öz evimdə hiss etdirən
gözəl insanlarını görmək xoşdur. Belə səmimi olduğun üçün
təşəkkürlər!