14
EurovisionMahnı Müsabiqəsi
Odlar Yurdu”nda
Əsrlər boyu Azərbaycanda müxtəlif dillərdə danışan, müxtəlif dinlərə mənsub, fərqli mədəniyyət, adət və ənənələrə
sahib olan insanlar yaşayıb. Bu torpağa qədəm qoyan hər kəs qədim tarixin nəfəsini duyur, mədəniyyətlərin və
sivilizasiyaların zənginliyinin şahidi olur.
Çoxsaylı arxeoloji və memarlıq abidələri, qədim daş kitabələr, qayaüstü rəsmlər, tarixi əlyazmalar, ecazkar muğam,
əsrlərdən bizə miras qalan xalçaçılıq sənəti, bir çox ölkələrin muzeylərində layiqli yer tutan yüzlərlə maddi və mənəvi
nümunələrimiz qədim “Odlar Yurdu”nun dünya mədəniyyətinə verdiyi əvəzsiz töhfələrdir. Müsəlman Şərqində ilk
dünyəvi teatr, ilk opera və ilk balet, ilk Elmlər Akademiyası məhz Azərbaycanda yaradılıb.
Əsrlərlə formalaşan, nəsildən-nəslə keçən, zəngin janr növlərinə malik ecazkar Azərbaycan musiqisinin böyük inkişaf
tarixi var. Azərbaycan milli musiqi sənətində rəqslər, xalq mahnıları, muğam və aşıq yaradıcılığı özünəməxsus yer tu-
tur. 2007-ci ildə YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilən Qobustan Dövlət Tarixi-Bədii Qoruğundakı
qayaüstü rəsmlərdə rəqs səhnələrinin təsvir olunmasımusiqimədəniyyətininburadaqədimzamanlardan formalaşdığını
göstərir. Azərbaycan milli musiqisinin bünövrəsi hesab olunan muğam 2003-cü ildə, aşıq sənəti isə 2009-cu ildə
YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Eurovision Mahnı Müsabiqəsi müasir Azərbaycanın, onun döyünən ürəyi Bakının çoxəsrlik ənənələrə sadiqliyini bir
daha nümayiş etdirdi. Dünyanın 80-dən çox ölkəsindən gələn media nümayəndələri və qonaqlar 42 ölkə təmsilçisinin
iştirak etdiyi bu möhtəşəm müsabiqədə xalqımızın bəşəri dəyərlərə, o cümlədən müxtəlif mədəniyyətlərə hörmət və
ehtiramının şahidi oldular.