26
EurovisionMahnı Müsabiqəsi
2012-
nin paytaxtı
2012-
ci il yanvarın 25-də Eurovision Mahnı Müsabiqəsinin rəmzi açarı Düsseldorfdan Bakıya gətirildi. “Buta Palace”da
keçirilən Eurovision Mahnı Müsabiqəsi 2012-nin ilk təntənəli mərasimində Eurovision 2011-nin ev sahibi olan Düsseldorf
şəhərinin meri müsabiqənin rəmzi açarını Bakı şəhər İcra Hakimiyyətinin başçısına təqdim etdi.
Eurovision Mahnı Müsabiqəsinin rəmzi Açar Təqdimetmə mərasimi 2007-ci ildən keçirilir. Üzərində “Eurovision Mahnı
Müsabiqəsinin ev sahibi” yazılan bu açar hər il növbəti ev sahibi şəhərə verilir.
Beləliklə, Bakı yanvarın 25-də Eurovision Mahnı Müsabiqəsi 2012-yə ev sahibliyini rəsmi şəkildə qəbul etdi. Elə həmin
gecə “Buta Palace”da Eurovision Mahnı Müsabiqəsi 2012-nin birinci və ikinci yarımfinallarında çıxış edəcək ölkələrin
müəyyənləşdiyi Püşkatma mərasimi keçirildi.
Eurovision Mahnı Müsabiqəsi 2012-nin şüarı
Eurovision Mahnı Müsabiqəsi ötən illər ərzində fərqli şüarlar altında təşkil olunub. “Odlar Yurdu” Azərbaycan isə 2012-ci
ildə bütün Avropanı Light Your Fire!-Məşəlini Alovlandır! şüarı ilə qarşıladı. Müsabiqənin loqosu isə Qobustan qayaüstü
rəsmlərindəki rəqsləri, Azərbaycan bayrağındakı ay və səkkiz guşəli ulduzu, qədimdənmilli naxışlarımızın ayrılmaz hissəsi
olan butanı, yurdumuzun sakinlərinin qonaqpərvərliyini və istiqanlılığını əks etdirir. Bu elementlərin bir arada cəmləşdiyi
dizayn Məşəlini Alovlandır! şüarının fəlsəfəsini çox gözəl tərzdə açır. Bununla da qədim “Odlar Yurdu” Azərbaycan bütün
musiqisevərləri dostluq tonqalı ətrafına topladı. Eurovision ailəsinin musiqisi Azərbaycan xalqının qəlbində yaşayan
sevginin gücü ilə alovlandı.
Əbədi məşəlin sehri ilə
Sevginiz, arzunuz coşub daşacaq!
Odun ritmi ilə, nəğməsi ilə,
Qəlbinin məşəli alovlanacaq!