30
Təşkilat Komitəsinin
yaradılması və fəaliyyəti
2011-
ci il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev EurovisionMahnı Müsabiqəsi 2012-nin təşkili
və keçirilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat
Komitəsi yaradıldı. Təşkilat Komitəsində 13 müxtəlif qurum təmsil olundu.
Eurovision Mahnı Müsabiqəsi 2012 layihəsinin icrasında bir sıra təşkilati məsələlərin həlli əhəmiyyətli idi. Təşkilat
Komitəsinin iclaslarında bu tədbirin keçirilməsi üzrə zəruri istiqamətlər müəyyən edilərək müvafiq göstərişlər veri-
ilir, otellərin, nəqliyyat sisteminin, şəhər infrastrukturunun, təhlükəsizlik məsələlərinin və digər sahələrin Eurovision
Mahnı Müsabiqəsi 2012-yə hazırlığı müzakirə edilirdi.
Yan Ola Sand
Eurovision Mahnı Müsabiqəsinin rəhbəri:
Təşkilat Komitəsi Eurovision Mahnı Müsabiqəsinin keçirilməsində yüksək
səy və peşəkarlıq göstərdi, böyük dəstək oldu. Bu dəstək Avropa Yayımları
Birliyi üçün çox vacib idi. Buna görə təşəkkür edirik”.