32
EurovisionMahnı
Müsabiqəsi 2012-nin
tərəfdaşları və sponsorları
Eurovision Mahnı Müsabiqəsi miqyasına görə bəzən Olimpiya Oyunları ilə müqayisə edilir. Amma Olimpiya Oyunlarının
hazırlığına 4 il vaxt verilirsə, Eurovision Mahnı Müsabiqəsinin təşkili üçün ev sahibi ölkənin bir ili olur. Bununla yanaşı,
müxtəlif istiqamətlərdə hazırlıq işləri aparılır və il ərzində layihənin ayrılmaz tərkib hissəsi olan tədbirlər bir-birini
əvəzləyir. Eurovision Mahnı Müsabiqəsi 2012-nin Təşkilati Tərəfdaşı Heydər Əliyev Fondunun sosial, mədəniyyət, təhsil
və digər sahələri əhatə edən layihələrdəki təcrübəsi sayəsində bu irimiqyaslı işlər qüsursuz həyata keçirildi.
Eurovision Mahnı Müsabiqəsi 2012 Azərbaycanın zəngin tarixi və mədəni irsinin dünyaya tanıdılması baxımından da
əhəmiyyətli hadisə idi. Heydər Əliyev Fondu layihənin icrasının hər bir mərhələsinə, o cümlədən müsabiqə müddətində
Azərbaycanın təbliği istiqamətində bir sıra önəmli tədbirlərə dəstək verdi.
Heydər Əliyev Fondunun prezidenti, Eurovision Mahnı Müsabiqəsi 2012-nin Təşkilat Komitəsinin sədri Mehriban
Əliyevanın layihənin icrasına birbaşa rəhbərlik etməsi isə bu tədbirlərin və qarşıda duran digər məsələlərin operativ
həllinə imkan yaratdı.
Qeyd edək ki, Təşkilati Tərəfdaşla yanaşı, müsabiqənin Şou Tərəfdaşı Almaniyanın “Brainpool” şirkəti, Turizm Tərəfdaşı
Azərbaycan Turizm Assosiasiyası, Baş sponsoru Azercell, sponsorları isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti,
Azərbaycan Respublikası Mədəniyyət və TurizmNazirliyi, Schwartzkopf, Kapital Bank, Silk Way Travel və Gilan Holdinq
seçilmişdi.