34
EurovisionMərkəzi
Müsabiqəyə hazırlıq dövründə Eurovision Mahnı Müsabiqəsi 2012-nin Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondu-
nun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda Eurovision Mərkəzi yaradıldı.
MərkəzEurovisionMahnıMüsabiqəsi 2012-nin İşçi Qrupununofisi olmaqla yanaşı, həmdə interaktivməkan idi. Eurovision
Mahnı Müsabiqəsi iləmaraqlanan hər bir şəxs, yerli və xarici kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri, fanatlar
rəsmi məlumatları Eurovision Mərkəzindən əldə edirdilər. Bir il ərzində Eurovision Mahnı Müsabiqəsinə aid olan bütün
fəallıqlar bu mərkəzdən həyata keçirildi.
Qeyd edək ki, bu vaxtadək Eurovision Mahnı Müsabiqəsinə ev sahibliyi edən ölkələrdə belə bir mərkəz olmamışdı.
EurovisionMahnı Müsabiqəsi üçün bu cür mərkəzin ayrılması layihənin icrası baxımından əhəmiyyətli sayılırdı. Eurovision
Mərkəzinin müsabiqəyə hazırlıqların, təşkilati işlərin sürətli və keyfiyyətli aparılmasında böyük rolu oldu.
Mərkəzdə Eurovision Mahnı Müsabiqəsinin 1956-cı ildən 2011-ci ilədək olan tarixini, Azərbaycanın bu yarışmada iştirakını
əks etdirən sərgi tamaşaçılar tərəfindən böyük maraqla izlənilirdi. Buradakı interaktiv tablolarda Eurovision Mahnı
Müsabiqəsi ilə əlaqədar istənilən məlumatları əldə etmək mümkün idi. Bununla yanaşı, Eurovision Mərkəzindəki sərgidə
musiqi tariximizlə tanış olmaq, milli musiqi alətlərinin ifasını dinləmək üçün imkan var idi ki, bu da qonaqlarda dərin
təəssürat yaradırdı.
Martın 7-də Eurovision Mahnı Müsabiqəsi 2012-nin Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun Prezidenti
Mehriban Əliyeva Eurovision Mərkəzinə gələrək buradakı şərait və İşçi Qrupunun fəaliyyəti ilə tanış oldu. Bundan əlavə
iştirakçı ölkələrin nümayəndə heyətlərinə ayrılan nəqliyyat vasitələri təqdim edildi. Bu təqdimatlardan sonra Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva Eurovision Mahnı Müsabiqəsi 2012-yə hazırlıq istiqamətində tapşırıqlarını və
tövsiyələrini verdi.