38
EurovisionMahnı Müsabiqəsi
2012-
nin İşçi Qrupu
Eurovision Mahnı Müsabiqəsi 2012-yə hazırlıq çərçivəsində İşçi Qrupu yaradılmışdı. Layihənin icrasına cavabdeh olan
İşçi Qrupunda müsabiqənin təşkili ilə əlaqədar müxtəlif sahələri əhatə edən böyük heyət çalışırdı. İşçi Qrupu Avropa
Yayımları Birliyi və onun ayrı-ayrı strukturları ilə birlikdə fəaliyyət göstərərək layihənin tələblərindən irəli gələn bir
sıra məsələləri həll edirdi. Bunların sırasında nəqliyyat, turizm, şounun təşkili, qonaqların qarşılanması, təhlükəsizlik
planının hazırlanması kimi sahələri göstərmək olar. İşçi Qrupu həmçinin yerli və xarici KİV ilə sıx əməkdaşlıqda çalışır,
təbliğat işlərini həyata keçirir, layihənin vacib mərhələləri üzrə mətbuat konfransları təşkil edir, müsabiqənin rəsmi milli
saytı -
vasitəsi ilə gündəlik məlumatları, foto və video reportajları yayımlayırdı.