40
Avropa Yayımları Birliyi
ilə əməkdaşlıq
Eurovision Mahnı Müsabiqəsi Avropa Yayımları Birliyinin (EBU) layihəsidir. EBU 1950-ci il fevralın 12-də Avropa və
Aralıq dənizi regionundan olan 23 ölkənin televiziyaları tərəfindən yaradılıb. Beş ildən sonra isə İsveçrə televiziyasının
Baş direktoru Marsel Bezençon üzv ölkələrin aparıcı televiziyalarının təmsil olunacağı beynəlxalq mahnı müsabiqəsi
ideyasını irəli sürüb. Konsepsiyaya əsasən, EBU bütün üzv ölkələrdə yayımlanacaq möhtəşəm bir şou üzərində
çalışacaqdı.
Marsel Bezençonun bu təklifi EBU-nun 1955-ci il oktyabrın 19-da Romada keçirilən Baş Assambleyasında qəbul olundu.
İtaliyanın Sanremo festivalının əsasında yaradılan yeni müsabiqə qarşıya estrada mahnılarının müəllif və ifaçılarını üzə
çıxarıb beynəlxalq auditoriyaya tanıtmaq, 1950-ci illərdə televiziyanın inkişafına nail olmaq kimi məqsədləri qoymuşdu.
EurovisionMahnı Müsabiqəsi 1955-ci ildə beləmeydana gəldi. Yarışma o zaman “Grand Prix d`Eurovision de la Chanson
Europeenne” adlanırdı.
Bir il sonra Eurovision Mahnı Müsabiqəsi ilk şousunu təqdim etdi. 1956-cı ildən etibarən fasiləsiz yayımlanan bu
müsabiqə dünyada ən uzunömürlü televiziya layihələrindən biri hesab olunur. Layihə bir neçə ideyaya təkan verib.
Məsələn, Eurovision YoungMusicians 1982-ci ildən klassikmusiqi ifaçılarını bir araya toplayır, 2003-cü ildə ilk dəfə Uşaq
Eurovision Mahnı Müsabiqəsi (Junior Eurovision Song Contest) keçirilib, 2007-ci ildə isə Eurovision Rəqs Müsabiqəsi
(
Eurovision Dance Contest) yaradılıb.
Eurovision Mahnı Müsabiqəsində bu günədək ümumilikdə 51 ölkə iştirak edib. Layihədən gedən ölkələr də olub, bir
neçə ildən sonra yenidən bu yarışmaya gələnlər də. Eurovision Mahnı Müsabiqəsinin yaradıcılarından olan İtaliya
1997-
ci ildə bu yarışmadan getsə də, 2011-ci ildə layihəyə qayıdır. Monteneqro isə 2 illik fasilədən sonra 2012-ci ildə
yenidən Eurovision Mahnı Müsabiqəsində təmsil olunur.
2008-
ci ildə Eurovision Mahnı Müsabiqəsində iştirak edən ölkələrin sayı rekord həddə çatmışdır. Həmin il Belqraddakı
Eurovision şousunda debüt çıxışını edən Azərbaycanla birlikdə 43 ölkə təmsil olunurdu. Bu müsabiqə yalnız Avropada
deyil, həmdə layihənin iştirakçısı olmayanAvstraliya, Kanada,Misir, Honkonq, Hindistan, Yaponiya, Koreya, Qırğızıstan,
Qazaxıstan, Yeni Zelandiya və ABŞ-da yayımlanır.
1998-
ci ildə Eurovision Mahnı Müsabiqəsi layihəsinin hazırlıq prosesinin EBU-nun qaydalarına uyğun həyata
keçirilməsinə nəzarət edilməsi, müvafiq tövsiyələr verməsi məqsədilə Məşvərət Qrupu yaradılıb.
Eurovision Mahnı Müsabiqəsi 2012-yə hazırlıq dövründə Məşvərət Qrupunun ikisi İsveçrənin Cenevrə şəhərində, dördü
isə Bakı şəhərində olmaqla altı iclası keçirilib. Müsabiqəyə hazırlıq müddətində bütün məsələlərə peşəkarlardan ibarət
Məşvərət Qrupu rəyini bildirib və məsləhətlərini verib.
Məşvərət Qrupunun iclaslarında Eurovision Mahnı Müsabiqəsi 2012 şousunun keçiriləcəyi arena təsdiq olunub,
şou tərəfdaşı seçilib, EuroVillage, EuroClub, şəhərin bəzədilməsi, otellər və nəqliyyatla bağlı təkliflər qəbul edilib,
müsabiqənin loqosu və şüarı təsdiqlənib.