42
Dövlət zəmanəti
Avropa Yayımları Birliyinin qaydalarına uyğun olaraq ev sahibi ölkə EurovisionMahnı Müsabiqəsinin təşkili və keçirilməsi
ilə bağlı müvafiq dövlət zəmanəti verir.
2011-
ci il oktyabrın 6-da müsabiqəyə ev sahibliyi edən ölkə kimi Azərbaycan hökuməti adından Avropa Yayımları
Birliyinə dövlət zəmanət məktubu təqdim olundu.
Eurovision Mahnı Müsabiqəsi 2012 ilə əlaqədar ölkəyə gələcək rəsmi nümayəndə heyətləri, KİV nümayəndələri,
Fan Klubların üzvləri və şoulara bilet alan şəxslərə sadələşdirilmiş viza rejiminin tətbiq olunması, şou iştirakçılarının
təhlükəsizliyin təmin edilməsi, bütün şəxslərə peşəkar fəaliyyətlərini həyata keçirməsi üçün zəruri şəraitin yaradılması
dövlət zəmanətinin əhatə etdiyi əsas istiqamətlər idi.
Müsabiqəyə hazırlıq dövründə Bakıda olan Avropa Yayımları Birliyinin nümayəndələri Azərbaycanın Eurovision Mahnı
Müsabiqəsi 2012-yə yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliyini bildirmişdi. Layihənin rəhbəri Yan Ola Sand
Bakının Avropanın bir çox şəhərlərindən daha təhlükəsiz olduğunu qeyd edib. Bununla belə müsabiqənin şərtlərinə
uyğun olaraq hər bir rəsmi nümayəndə heyətinin, şou iştirakçısının təhlükəsizliyi ciddi nəzərə alınırdı.
Azərbaycanın təhlükəsizlik orqanlarının gərgin fəaliyyəti nəticəsində qonaqların, Bakı Kristal Zalında keçirilən hər
şouda iştirak edən 20 min tamaşaçı və iştirakçıların təhlükəsizliyi tam təmin edildi.