44
42
ölkə Bakıda… İlk görüş
Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edən 42 ölkənin nümayəndə heyətlərinin rəhbərləri 19-20 martda Bakıda
ilk görüşünü keçirdi. Nümayəndə heyətləri rəhbərlərinin müsabiqədən iki ay əvvəl təşkil olunan iclası layihənin icrası
dövründə mühüm toplantılardan biri hesab olunur. İştirakçı ölkələrdə şou barədə əsas təəssürat yaradan bu görüş
zamanı təmsilçilər və onların ifa edəcəkləri mahnılar təsdiqlənir, Eurovision Mahnı Müsabiqəsi şousuna hazırlığın əsas
istiqamətləri müzakirə edilir.
Nümayəndə heyətləri rəhbərlərinin Eurovision Mərkəzində keçirilən iki günlük toplantısında Bakı şousuna hazırlığın
əsas istiqamətləri, şounun səhnə tərtibatı, nəqliyyat sistemi, otellər, şəhərin müsabiqəyə hazırlığı və s. məsələlər
barədə təqdimatlar oldu.
Martın 20-dəmüsabiqədə iştirak edən ölkələrin təmsilçilərinin çıxış ardıcıllığını müəyyən edən püşkatma keçirildi. Ölkələrin
Eurovision Mahnı Müsabiqəsi 2012 şousunda çıxış ardıcıllığını müəyyən edən Püşkatma mərasimi eurovision.tv ilə canlı
yayımlandı.
42
ölkənin nümayəndə heyətlərinin rəhbərləri Novruz bayramı günlərində keçirilən iclas zamanı Bakı ilə yaxından tanış
olmaq imkanı da qazandı. Qonaqları daha çox şəhərin hər qarışında yaşayan tarixi, sakinlərin qonaqpərvərliyi heyran
etdi. Nümayəndə heyətlərinin rəhbərləri həmçinin Eurovision Mahnı Müsabiqəsi 2012-nin keçiriləcəyi Bakı Kristal Zalı
ilə tanış oldular. İştirakçı ölkələrin nümayəndələri may ayında hərarətli və fərqli şou yaşayacaqlarına əmin oldular və
hamını bu şouya dəvət etdilər.