48
Bakı Kristal Zalı
25
min tamaşaçı yeri olan Bakı Kristal Zalı İdman-Konsert Kompleksi genişmiqyaslı və beynəlxalq əhəmiyyətli əyləncə,
idman və ictimai tədbirlər üçün nəzərdə tutulub. Avropa Yayımları Birliyi 2012-ci il yanvarın 25-də Eurovision Mahnı
Müsabiqəsinin Bakı Kristal Zalında keçirilməsi ilə bağlı qərar qəbul etdi.
Eurovision Mahnı Müsabiqəsi 2012 şousu yeni istifadəyə verilən bu arenada keçirilən ilk tədbir olub. Bakı Kristal Zalında
şouda iştirak edən ölkələrin nümayəndə heyətləri rəhbərlərinin məlumat mərkəzi (Show Desk), təmsilçilərin texniki məşq
zalları, monitor və beynəlxalq telefon rabitə ilə təchiz olunan şərhçi otaqları, hər iştirakçı ölkənin təmsilçisi üçün ayrılmış
peşəkar makiyaj və saç ustalarının xidmət göstərdiyi qrim otaqları var idi. Müsabiqə zamanı ərazidə 24 saat çalışan təcili
tibbi yardım xidməti, yerli və xarici KİV nümayəndələri üçün Akkreditasiya Mərkəzi və yeməkxana da fəaliyyət göstərirdi.
2012-
ci il mayın 7-də Bakı Kristal Zalının rəsmi açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və xanımı Mehriban Əliyeva şoudan əvvəlki hazırlıqlarla tanış oldular.
Qeyd edək ki, Bakı Kristal Zalı İdman-Konsert Kompleksinin layihələndirilməsini və tikintisini Almaniyanın “Alpine Bau
Deutchland AG” və İsveçrənin “Nussli International AG” şirkəti həyata keçirib. Kompleksin tikinti işləri 8 ay ərzində başa
çatdırılıb. Binanın fasadı LED işıqlarla bəzədilib. Arenanın əsas fərqli cəhətlərindən biri də onun yerləşdiyi ərazidir. Xəzər
dənizi sahilində uzun illər istifadəsiz olan boş ərazidə inşa edilən müasir memarlıq üslubundakı Bakı Kristal Zalı paytaxtın
sürətlə dəyişən görünüşünə yeni çalar verir. Buradan Xəzər dənizinə insanı riqqətə gətirən mənzərə açılır.