62
Mətbuat Mərkəzi
Eurovision Mahnı Müsabiqəsi 2012-də 80 ölkədən 1500-dən çox KİV nümayəndəsi fəaliyyət göstərirdi. Şounun keçirildiyi
Bakı Kristal Zalının yaxınlığında inşa edilən və 5000 m
2
sahəsi olan Mətbuat Mərkəzində KİV nümayəndələri üçün hər cür
şərait yaradılmışdı. Yüksək sürətli internetlə təmin olunan Mətbuat Mərkəzində konfrans zalı, şou və məşqləri izləmək
üçün LED monitorlar, canlı bağlantılar üçün radio otaqlar, müsahibə kabinələri, istirahət guşəsi və 175 nəfərlik kafe var
idi. Mətbuat Mərkəzi KİV nümayəndələri və fanatların diqqətini bir çox yenilikləri ilə cəlb edirdi. Buranın Bakı buxtasında
yerləşməsi əcnəbi jurnalistlərə Xəzərin gözəlliyindən zövq almağa imkan yaratdı. Mətbuat Mərkəzində Azərbaycana qi-
yabi səyahət etmək dəmümkün idi. Buradamüsahibə otaqlarının hər birinə Azərbaycanın gözəl guşələri olan şəhərlərinin
adı verilmişdi. Mətbuat Mərkəzinin interyerinin tərtibatında ölkəmizin gözoxşayanmənzərələrindən də istifadə edilmişdi.
Eurovision Mahnı Müsabiqəsi 2012-ni işıqlandıran KİV nümayəndələri yarışmanın davam etdiyi iki həftə ərzində
Azərbaycanın adət-ənənələri ilə də yaxından tanış olmaq imkanı qazandı. Eurovision fanatları arasında canlı şoudan əvvəl
keçirilən ənənəvi səsvermə isə ilk dəfə Bakıdakı Mətbuat Mərkəzində interaktiv ekranlar vasitəsi ilə təşkil olundu.
Sietse Bakker
Eurovision Mahnı Müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri:
Bu Mətbuat Mərkəzində daha çox bəyəndiyim onun məhz Eurovision
Mahnı Müsabiqəsi üçün inşa olunmasıdır. Burada hər cür şərait yaradılıb.
Bakıdakı MətbuatMərkəzi bizimEurovisionMahnı Müsabiqəsində indiyədək
gördüyümüz Mətbuat Mərkəzlərinin ən yaxşısıdır”.