70
Ulduzlarla canlı ünsiyyət yeri:
EuroClub və EuroVillage
EuroClub Eurovision Mahnı Müsabiqəsinin əsas məkanlarından biridir. Nümayəndə heyətləri, müsabiqədə akkredita-
siya olunan KİV nümayəndələri və fanların vaxtlarını maraqlı keçirdikləri əyləncə yeri məhz “EuroClub”dur.
Eurovision Mahnı Müsabiqəsi 2012-nin “EuroClub”u Bakı Kristal Zalından 2,5 km məsafədə, Əl Oyunları Sarayında
təşkil edilmişdi. 2500 m
2
sahəsi olan EuroClub mayın 13-dən fəaliyyət göstərməyə başladı. Mayın 19-da isə burada
Eurovision Mahnı Müsabiqəsi 2012-nin rəsmi açılış mərasimi keçirildi.
EuroClub”da Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edən müxtəlif ölkələr adından rəsmi qəbullar, mayın 26-dakı
final mərhələsindən sonra isə müsabiqənin vida gecəsi təşkil olundu.
Builki “EuroClub” yerləşdiyi məkanın böyüklüyü, müasir işıq və səhnə tərtibatına görə də əvvəlkilərdən fərqlənirdi.
Bakının ev sahibliyi etdiyi Eurovision Mahnı Müsabiqəsi 2012-nin “EuroVillage”i isə Dənizkənarı Milli Park ərazisində, Ab-
dulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı 5330 m
2
ərazidə təşkil edilmişdi.
EuroVillage” mayın 19-dan 27-dək fəaliyyət göstərirdi. Bakı Kristal Zalından 3 km məsafədə yerləşən “EuroVillage”də
gündəlik şou proqramlar, müxtəlif konsertlər, müsabiqəyə aid aksessuarların satışı təşkil olunmuşdu.
EuroClub və EuroVillage eyni zamanda fanatların Eurovision ulduzları ilə canlı ünsiyyət yeri idi.