78
Nəqliyyat
Eurovision Mahnı Müsabiqəsi 2012 şousu ilə əlaqədar may ayında Bakıya minlərlə turist, rəsmi nümayəndə heyətləri,
1500-
dən çox KİV nümayəndəsi, minlərlə fanat səfər etmişdi. Müsabiqə müddətində qonaqların daimi nəqliyyatla
təmin olunması zəruri şərtlərdən idi.
Rəsmi nümayəndə heyətləri üçün VİP tipli 42 böyük avtobus və 42 minik maşını ayrılmışdı. Bu nəqliyyat vasitələri 24 saat
qonaqların ixtiyarında idi. Həmçinin hava limanı, şəhərin mərkəzi küçələri və Bakı Kristal Zalı arasında 9 müntəzəmmarşrut
üzrə 66 sərnişin avtobusu və 1700 taksi xidmət göstərirdi.
Eurovision Mahnı Müsabiqəsi 2012 şousunun keçirildiyi günlərdə tamaşaçıların Bakı Kristal Zalına rahat gəlmələri üçün
çarter avtobus xidməti təşkil olunmuşdu. Marşrutlar tədbir günləri səhər saat 05.00-dək fəaliyyət göstərirdi.
Bakı Metropoliteni isə yarımfinallar və final şousu günlərində fasiləsiz iş rejimində çalışırdı.
Turistlərin nəqliyyatdan rahat istifadəsi üçün mərkəzləşdirilmiş Eurovision məlumat-çağırış xidməti yaradılmışdı.