80
Otellər
Bakının rahat, hər zövqə uyğun otelləri Eurovision Mahnı Müsabiqəsi 2012 müddətində ölkəmizə təşrif buyurmuş
minlərlə qonağa xidmət göstərirdi.
Rəsmi nümayəndələr üçün Bakının 4 və 5 ulduzlu 13 otelində 1500 otaq, müsabiqədə akkreditasiyadan keçən KİV
nümayəndələri və fanlar üçün 1000 otel otağı və apart otellərdə 300 otaq ayrılmışdı.
Şəhərimizin otellərinin müasir tələblərə uyğun olması, yüksək keyfiyyətli xidmətlərin göstərilməsi ilə yanaşı, münasib
qiymət siyasətinin müsabiqənin sonunadək qorunub saxlanılması qonaqları razı salan məqamlardan idi.