86
Müsabiqə günlərində
Azərbaycana viza proseduru
2012-
ci il fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində Eurovision Mahnı
Müsabiqəsi 2012-nin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Fərman imzaladı.
Fərmana əsasən, Eurovision Mahnı Müsabiqəsi ilə əlaqədar ölkəmizə gələn şəxslər Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarındakı bölmələrində qısa
müddətdə viza ala bilərdi.
Sadələşdirilmiş viza rejimindən Eurovision Mahnı Müsabiqəsi 2012-nin iştirakçıları, Fan Klubların üzvləri, akkredita-
siyadan keçmiş KİV nümayəndələri, Eurovision şoularına bilet almış şəxslər istifadə edirdi. Beləliklə, layihə ilə bağlı
ölkəmizə gələn hər bir əcnəbi vətəndaş çətinlik çəkmədən, qısa vaxt ərzində Azərbaycan Respublikasına giriş vizası
alırdı. Bu cür viza rejiminin tətbiqini Avropa Yayımları Birliyinin və Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edən
ölkələrin nümayəndələri yüksək qiymətləndirib.