88
Azərbaycana səyahət
Eurovision Mahnı Müsabiqəsi 2012 şousunun keçirildiyi günlərdə qonaqlara Bakı ilə yanaşı, Azərbaycanın bəzi
bölgələrinə səyahət etmək imkanı da yaradılmışdı. Qonaqlar üçün Azərbaycanın bəzi tarixi və müasir gəzinti
məkanlarına turlar təşkil olunmuşdu.
Bu turlar zamanı Dənizkənarı Milli Park, Fəvvarələr meydanı, qədim İçərişəhər, Atəşgah məbədi, Qala Dövlət Tarixi
Etnoqrafik Qoruğu, Yanardağ Dövlət Təbii Qoruğu ölkəmizə gələn turistlərdə və Eurovision Mahnı Müsabiqəsi 2012
təmsilçilərində böyükmaraq yaratdı. Qonaqların sevimli gəzintilərindənbiri dəgəmi iləXəzərə çıxıb, Bakınıngözoxşayan
mənzərəsini seyr etmək idi.
Bakıdakı şou günlərində istər müsabiqədə iştirak edən təmsilçilər, istərsə də media nümayəndələri və Eurovision
fanlarına Azərbaycanın qədim paytaxtlarından biri olan Qəbələ şəhərinə səyahət etmək üçün avtobuslar ayrılmışdı.
Qonaqlar gərgin məşq və çıxışlardan sonra Azərbaycanın gözəl təbiətini seyr etmək, qədim tarixi və adət-ənənələri ilə
tanış olmaq üçün digər rayonlara da üz tuturdu.