5
Heydər Əliyev Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bildi. 1994-cü ilin mayında bu
qanlı münaqişəni dayandıran atəşkəsə nail oldu. Ölkəmiz qısa müddət ərzində öz siyasi
və iqtisadi potensialını gücləndirərək, bölgədə lider dövlətə çevrildi. Bu gün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən strateji
istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, onun
iqtisadi qüdrətinin artırılmasına xidmət edəcəkdir.
Albomu vərəqləyərkən Heydər Əliyevin Azərbaycan Prezidenti kimi dünya liderləri ilə
görüşlərini, ölkəmizin həyatını dəyişən “Əsrin müqaviləsi”nin imzalanmasını əks etdirən
fotolarla yanaşı, ümummilli liderin qətiyyəti sayəsində müstəqil Azərbaycanda yaşamaq
nəsib olan uşaqlara təbəssüm dolu baxışlarını izləyirik.
Bəzi, çox da uzaq olmayan keçmişdə çəkilmiş fotoşəkillərdə, Azərbaycanın indiki
simasını tanınmaz dərəcədə dəyişən müasir memarlığın möhtəşəm nümunələrini görmək
mümkün deyil. Bu təbiidir, çünki bizim gündən-günə inkişaf edən, gözəlləşən ölkəmizdə
iri şəhərlərlə yanaşı regionlarımızda böyük infrastruktur layihələri icra edilir, yeni parklar,
yollar salınır, körpülər, turizm obyektləri tikilir, tarixi mədəniyyət abidələrimiz bərpa
olunur, müasir binalar və komplekslər ucaldılır.
Və bu danılmaz həqiqətdir ki, bütün bu uğurların təməlində Heydər Əliyevin müdrik
siyasəti, onun uzaqgörən qərarları, yorulmaz fəaliyyəti olmadan, biz bu nailiyyətləri əldə
edə bilməzdik. Heydər Əliyevin hər bir azərbaycanlı üçün müdriklik və vətənpərvərlik
nümunəsi olan əməlləri, qələbə və zirvələri xalqımızın ürəyində daim yaşayacaqdır.
Mehriban Əliyeva
Heydər Əliyev Fondunun prezidenti