7
HEYDƏR ƏLİRZA oğlu ƏLİYEV
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə
Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft
Akademiyası) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq
qalmışdır.
Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq Komissarları
Sovetində məsul vəzifələrdə çalışmış, 1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Leninqrad (indiki
Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix
fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR
Nazirlər Soveti yanındaDövlət TəhlükəsizlikKomitəsi Sədrininmüavini, 1967-ci ildən Sədri vəzifələrində işləmiş və general-
mayor rütbəsinə yüksəlmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan KP
MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur.
1976-
cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin
dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin
edilmişdir. Bu vəzifədə işləyərkənHeydər Əliyev SSRİ-nin iqtisadi, sosial vəmədəni həyatının ənmühümsahələrinə rəhbərlik
etmişdir. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş və beş il SSRİ Ali Soveti
Sədrinin müavini vəzifəsində çalışmışdır.
1987-
ci ilin oktyabrında Sovet İttifaqı Kommunist PartiyasıMərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsənBaş katibMixail
Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın
Moskvadakı nümayəndəliyində bəyanat verərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının
cəzalandırılmasını tələb etmişdir. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində DağlıqQarabağda yaranan kəskinmünaqişə
vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-
cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə
də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri,
AzərbaycanRespublikasınınAliMəclisinin Sədrmüavini vəzifələrində çalışmışdır. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının
Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında Heydər Əliyev partiyanın Sədri seçilmişdir.
1993-
cü ilin may-iyun aylarında hökumət böhranının kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş
verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalq Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və
Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlamışdır.
1993-
cü il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə Heydər Əliyev Azərbaycan Respublikasının
Prezidenti seçilmişdir.
Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış
problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina etmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında
(
ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.