Rixard Vaqner
Mənim həyatım
108
edirdi. Minna fərasəti sayəsində bu dəyərli kağızlardan müəyyən xeyir götürə
bildi və həmişə qənaətli həyat sürərək teatrda işləməyə davam etdi. Yalnız opera
tamamilə buraxılmışdı, dramı isə hələ saxlayırdılar. Minna Leypsiqə qayıtmağın
vacibliyini qəbul edib mənimlə bir daha görüşmək arzusu ilə səmimi şəkildə sa-
ğollaşdı. O, yaxın vaxtlarda baş tutacaq ezamiyyətindən istifadə edib Drezdendəki
valideynlərini ziyarət etmək və fürsət düşmüşkən məni görmək istəyirdi.
Beləliklə, mayın əvvəlində yenidən vətənimə, ailəmin yanına qayıtdım ki, ilk
vətəndaş sərbəstliyi cəhdlərimdən sonra Maqdeburqda yaranan borcları ödəmək
üçün pul axtarım. Maqdeburqdan səfərim zamanı məni çox ağıllı və dəcəl pudel
müşayiət edirdi ki, ailəmə saxlamağa və doyuzdurmağa ehtiyacı olan yeganə qa-
zancım kimi təqdim edildi. Heç nəyə baxmayaraq anam və Rozaliya kapelmeyster
vəzifəsini yerinə yetirmək iqtidarında olmağım faktını nəzərə alaraq gələcəyimə
müəyyən qədər inanmağa başladılar. Mənə isə yenidən ailəmlə birlikdə yaşamaq
məcburiyyətim dinclik vermirdi. Xüsusilə, Minnaya meylim məni yarıda qalmış
teatr işimə tezliklə yenidən qayıtmağa həvəsləndirirdi. Minna yolüstü bir neçə
günlük Leypsiqdə qalanda və yaxınlığı, mehribanlığı ilə mənə ailədən patriarxal
asılılıq dövrümün keçdiyini xatırladanda mənimlə baş verən dəyişiklik fövqəladə
aydınlıqla üzə çıxdı. Minna ilə Maqdeburq teatrında işə bərpa olunmağı müzakirə
etdim, onu Drezdendə ziyarət edəcəyimə söz verdim və anamla bacımdan onu
çaya dəvət etməyə icazə alaraq ailəmlə tanış olmaq imkanı yaratdım. Bu zaman
Rozaliya bizim münasibətlərin xüsusiyyətlərini sezməyə bilməzdi. Lakin o, uzun
müddət məni aşiqliyimlə cırnadırdı. Görünürdü ki, bu münasibətlər ailəmə
təhlükəli görünməmişdi. Lakin mən tam əksini düşünürdüm. Belə ki, bu ürəkdən
bağlılıq mənim sərbəstlik meylimlə və incəsənət dünyasında mövqe qazanmaq
istəyimlə harmoniya təşkil edirdi.
Leypsiqdə xidmət etmək istəyimyerlimusiqi həyatında baş verəndəyişikliklə
daha da gücləndi. Mən Maqdeburqda yüngül teatr janrına qapılıb kapelmeyster
karyerası qurmağa çalışan vaxt Mendelson-Bartoldi
Gewandhaus
konsertlərində
şəxsən dirijor kimi çıxış edərək ümumiyyətlə əlamətdar, Leypsiq üçün isə xüsusilə
əlamətdar musiqi epoxasının əsasını qoymuşdu. Leypsiq auditoriyasının xeyirxah
abunə konsertlərini dəyərləndirdiyi sadəlövhlüyün sonu gəlmişdi. Və sevim-
li, gənc ifaçı Liviya Qerqartın təşkil etdiyi xeyriyyə axşamında hələ tam sıradan
çıxmamış köhnə dostum Polensin vasitəçiliyi sayəsində Maqdeburqda səs-küyə
səbəb olmuş “Kolumb” uvetüramı ifa edəndə Leypsiq dinləyicisinin zövqünün
formalaşdığını kəşf etmişdim. Hətta mənim altı şeypurdan ibarət çevik kombina-
siyam belə onları razı salmamışdı. Bu kəşfim klassik ruha heç olmasa, müəyyən
qədər aidiyyatı olan istənilən şeyə nifrətimi gücləndirdi və mən gözlənilmədən
mehriban Polenslə həmfikir olub keçmiş vaxtların xiffətini çəkdim. Fridrix Şney-
derin Dessauda təşkil etdiyi musiqi bayramı Leypsiqdən uzaqlaşmaq üçün əla