Rixard Vaqner
Mənim həyatım
274
173
Tədbirimiz çox uğurlu alınıb mənə dərin daxili məmnuniyyət hissi bəxş
etmişdi. Qəbiristanlıqdan birbaşa Veberin həyat yoldaşının yanına gələndə isə
onun hərarətli sözləri son şübhə qırıntılarını da silib atdı. Uşaq vaxtında Veberin
parlaq şəxsiyyəti məndə musiqiyə xəyalpərəst sevgi oyatmışdı. Bir vaxtlar onun
ölüm xəbəri məni dərindən sarsıtmışdı. İndi yetkin bir adam olanda onun ikinci
dəfnində iştirak edərək bir növ bəstəkarla birbaşa, şəxsi təmasa nail oldum. Bun-
ların hamısının mənim üçün dərin daxili əhəmiyyəti var idi. Musiqi dünyasının
korifeyləri ilə qarşılaşmalarımı ümumiləşdirsək, buradan əldə etdiyim nəticə cid-
di incəsənət nümayəndələri ilə yaxın münasibətlərə duyduğum həsrəti izah edir.
Veberin dəfnindən sonra onun yaşayan varisləri ilə ünsiyyətə keçmək ağır idi. La-
kin xiffətimin ümidsizliyi mənə sonralar aydın oldu.
Yuxarıda təsvir etdiyim daxili həyəcanlar 1844-1845-ci ilin qışını doldurdu.
Kompozisiyasını ötən ilin sonunda tamamladığım “Tanhauzer”in partiturasını yaza
bildim. Bu əsər üzərində səylə işləyir, hətta erkən qış səhərlərindən də istifadə edir-
dim. Aprel ayında musiqi alətləri üçün uyğunlaşmanı partiyalara görə yazaraq işimi
çox çətinləşdirmişdim. Mən bu siyahıların bir neçə nüsxəsini hazırlamaq istəyirdim
və buna görə xüsusi hazırlanmış vərəqdə yazırdım. Özü də ətrafıma bir sıra lazımlı
qurğu yığmışdım. Hər səhifəni dərhal daş üzərinə həkk edib 100 nüsxə çap etməyi
tapşırırdım. Elə hesab edirdim ki, əsərimi tez yaya biləcəm. Ümidim sonralar özünü
doğrultsa da, doğrultmasa da 500 taler kasıbladım. 100 nüsxəyə bu qədər xərcim
çıxmışdı. Bu qədər qurban tələb edən işimin aqibəti barədə bir qədər sonra danı-
şacam. İstənilən halda mayın əvvəlində əlimdə “Uçan hollandiyalı”dan sonrakı ilk
əsərimin yüz ədəd yaxşı qatlanmış, səliqəli nüsxəsi var idi. Hətta Giller də onun bəzi
hissələrini görüb təvəccöhlə və kifayət qədər məmnunluqla fikir bildirmişdi.
Hesablarım və “Tanhauzer”in tez yayılması ilə bağlı narahatlığım ağır mad-
di şəraitdən irəli gəlirdi: nəyin bahasına olursa-olsun bu operanın uğur qazanma-
sına nail olmalı idim. Əsərlərimin nəşri ilə bağlı təşəbbüs göstərəndən bəri o bir il
ərzində bu cəhətdən çox iş görülmüşdü. “Riensi”nin dəbdəbəli cildlənmiş tam kla-
viraustsuqunu hələ ötən 1844-cü ilin sentyabrında Saksoniya kralına həsr edərək
təqdim etmişdim. “Uçan hollandiyalı” və “Riensi”nin dörd və iki əl üçün klavi-
raustsuqları da hazır idi. Ayrı-ayrı vokal nömrələrinin bəziləri çıxmışdı, bəziləri
nəşr olunmaqda idi. Bundan başqa, bu operaların partituralarının avtoqrafik ic-
rada (surətçıxaranların birinin xətti ilə) 25 nüsxəsini sifariş vermişdim. Bu yeni
bahalı nəşr xərclərimi çoxaltsa da, onları müxtəlif teatrlara göndərərək operaları-
mın səhnələşdirilməsinə həvəsləndirməyi lazım bilirdim. Çünki klaviraustsuqlar-
dan gəlir qazanmağa yalnız bir - operalar əvvəlcədən səhnəyə qoyulacağı halda