285
Rixard Vaqner
Mənim həyatım
bəsləyirdim. Həmin an isə mənim üçün əsərimi yenidən səhnədə görməkdən daha
vacib heç nə yox idi. Lakin Tixaçekin səsi tutulmuşdu və mən səbirlə düz səkkiz
gün gözləməli oldum.
182
Bu səkkiz gün ərzində nə qədər əzab çəkdiyimi təsvir etmək çətindir. Hətta
mənə elə gəlirdi ki, bu ləngimə əsərimi tamamilə məhvə aparacaq. Hər növbəti
gün ilk tamaşanın uğurunu daha çox şübhə altına salırdı. Belə ki, həftənin sonu-
na ictimaiyyətdə müvəffəqiyyətsizliklə üzləşdiyim barədə qəti fikir formalaşmışdı.
Mənim auditoriyanın “Riensi”ni taclandırdığı uğura etinasız yanaşmağım və yeni
operamda auditoriyanın qəbul etdiyi yaradıcılıq istiqamətindən kənara çıxmağım
barədə şikayətlər səslənirdi. Hətta sınanmış və düşünə bilən dostlarım belə yeni
əsərimdən, onun qeyri-müəyyənliyindən narahat olmuşdular. Əsas yerlərini anla-
madıqları əsərimmahiyyətcə səhv düşünülmüş və yerinə yetirilmiş hesab olunurdu.
Rəyçilər gizlətmədikləri bədxahlıqla leş görən quzğunlar kimi üstümə tökülüşdülər.
Məni tamamilə karıxdırmaq və zərər vermək üçün ictimai xarakterli hadisələri və
coşqunluğu da bura daxil etdilər. Həmin vaxt Çeski və Ronqenin əhəmiyyətli, li-
beral hesab edilən alman-katolik təbliğatı cəmiyyəti çox narahat edirdi. Rəyçilər də
mənim “Tanhauzer”lə açıq-aydın reaksiyanın xeyrinə işlədiyimi kəşf etmişdilər.
Guya Meyerber “Quqenotlar”ında protestantizmi məşhurlaşdırdığı kimi mən də
yenu operamla katolisizmə xidmət edirdim. Uzun müddət ciddi şəkildə mənim ka-
tolik partiyasına satıldığımı təkrarlayırdılar. Bununla məni məşhurluqdan məhrum
etmək istəyirdilər. Lakin bu mənə məxsusi şərəf verdi: bir vaxtlar
Staatszeitung”
un
redaktoru olmuş “Uçan hollandiyalı”nın məhvedici tənqidindən tanıdığım Russo
əvvəlcə mənə məktubla, sonra isə şəxsən müraciət edərək dostluq ittifaqı bağlama-
ğı təklif etdi. O, mənə danışdı ki, Berlinə katolik təşviqatını aparmaq üçün ezam
olunub. Lakin tezliklə o təəssüflə əmin oldu ki, Berlində bu istiqamətdə fəaliyyət
tamamilə bəhrəsiz qalır. Bu zaman o, Venaya qayıdıb işi ilə maneəsiz məşğul olmaq
qərarına gəldi. “Tanhauzer”ə baxaraq mənim də məhz bu işlə məşğul olduğumu
düşünürdülər. Öz növünün yaxşı bir nümunəsi yeni böhtan və şayiə orqanı olan
Drezden qəzeti mənə istənilən yolla ziyan vurmaq üçün çalışırdı. Lakin vaxtaşırı
orada məni enerjili şəkildə müdafiə edən, fəaliyyətimi dəstəkləyən qısa və ağıllı
qeydlərə də rast gəlirdim. Uzun müddət buna səmimi qəlbdən təəccüblənirdim.
Belə ki, bu cür işlərlə adətən dostların yox, düşmənlərin məşğul olduğunu bilirdim.
Lakin Rekel gülərək etiraf etdi ki, Hayne ilə birlikdə mənim müdafiəmə qalxıb.
Həmin günlərdə operamın yeni tamaşası ilə cavab verə bilmədiyim üçün bu
hücumlar mənə daha çox əziyyət verirdi. Tixaçekin boğazı hələ düzəlməmişdi: elə