Rixard Vaqner
Mənim həyatım
326
gətirirdi. Mən də özümü bu hərəkatdan və orada canlı iştirak etməkdən kənar tuta
bilmədim. Düzdür, siyasət məsələlərində köhnə dostum Frank mənə yetərincə
şey öyrətmişdi: toplaşmaqda olan alman parlamentindən heç nə ummamalıydım.
Bununla belə, ümumi əhval-ruhiyyə və köhnəliyə qayıtmağın məntiqsziliyinə hər
yanda hiss olunan inammənə də məlum təsirini göstərməyə bilməzdi. Amma mən
nitqlərin əvəzinə iş görülməsini istərdim: bu işdə alman xalqının rəhbərlərinin
köhnə, alman ruhuna yad tendensiyalardan birdəfəlik qurtulmasına hazır olma-
ları sezilməli idi. Bu məni alman knyazlarına və xalqa populyar-poetik müraciət
yazmağa ilhamlandırdı, orada Rusiya ilə qətiyyətli müharibəyə çağırırdım. Al-
man siyasətinə, alman monarxlarına, onların xalqlarına zərərli təzyiq Rusiyadan
gəlirdi. Bir bənd belə idi:
Bu, Şərqə qarşı olan köhnə davadır
Bu gün təzədən qayıdıb,
Xalqın qılıncı pas atmır, havadadır,
Çünki ən böyük arzusu Azadlıqdır.
Siyasi qəzetlərlə heç bir əlaqəm yox idi, öyrəndim ki, Mannheymdə siya-
si fəallıq yüksək həddə çatıb, hərəkatın zirvəsində necəsə Bertold Auerbaxı da
görmüşdülər: şeiri ona göndərdim və mətnlə istədiyi cür davrana biləcəyini de-
dim. O zamandan bəri bu şeiri görmədim və bu barədə heç nə eşitmədim.
Frankfurt parlamentində davamlı mübahisələr gedirdi və bu adamların uzun
nitqlərinin nəyə gətirib çıxaracağını əvvəlcədən demək mümkün deyildi. Bu ara-
da Vyanadan gələn xəbərlər məni çox mütəəssir etdi. Həmin ilin mayında müxtəlif
yerlərdə artıq əksinqilabi cəhdlər özünü göstərmişdi: Neapolda bu cəhd baş tutdu,
Parisdə vəziyyət qeyri-müəyyən idi və yalnız Vyanada xalq yaxşı təşkilatlanmış aka-
demik legionun rəhbərliyi ilə ciddi şəkildə və qalibiyyətlə mürtəcenin öhdəsindən
gəldi.Anlayırdımki, belə işlərdə real ehtiyacların ilhamlı gücünündoğurduğuhəqiqi
fəallıqla müqayisədə ağıl və müdriklik az şeyi həll edir. Bu səbəbdən, Vyanadakı zi-
yalı gənclərin və fəhlə sinfinin də iştirak etdiyi kütləvi çıxışlar məndə xüsusən ilıq
hisslər doğururdu. Öz əhval-ruhiyyəmi yenə də populyar-poetik müraciətdə ifadə
etməyə bilmədim. Bu müraciəti
Österrlichische Zeitung”
redaksiyasına göndərdim
və orada bu mətn mənim imzamla çap olundu.
Drezdendə hadisələrin təsiri altında iki siyasi cəmiyyət yaranmışdı. Birinci-
si, “Alman ittifaqı” adlanırdı və onun proqramında “geniş demokratik əsaslarda
konstitusiya monarxiyası” vurğulanırdı. Onun təməlini qoyan rəhbərlərin adları
onların arasında Eduard Devrien və professor Ritşl “demokratik əsaslarda” yan-
yana dayanırdı – bu cəmiyyətin cəhdlərinin təhlükəsizliyi barədə düşünməyə əsas
verirdi. İnqilabdan qorxanların gizləndikləri, əslində isə bu cəmiyyətə qarşı olan
bit “Vətən ittifaqı” da yaradılmışdı. Orada “demokratik əsaslar” rəhbər rol oyna-
yırdı, “konstitusiya monarxiyası” isə örtük vəzifəsini daşıyırdı.