Rixard Vaqner
Mənim həyatım
556
qoymamaq üçün lap başdan tamaşada iştirak edirdilər. Mənə xəbər vermişdilər ki,
ilk pərdədə zaldakı mübahisələrə görə tamaşanı iki dəfə on beş dəqiqəlik müdətə
dayandırıblar. Auditoriyanın əsərimhaqqındamüəyyənmühakimə yürütmək fikri
olmayan əhəmiyyətli hissəsi qalmaqalçıların uşaqsayağı davranışına qarşı mənim
tərəfimi tutmuşdular. Lakin qalmaqalçılar qalan autidoriya qarşısında nümayiş
bacarığı baxımından üstünlüyə malik idilər. Hamı alqışlardan, məmnunluq, ya-
xud narazılıq bildirən çağırışlardan yorulanda, sakitlik çökəndə “jokeylər” ovçu
borularında və kiçik fleytalarda şən ifalar etməyə başlayırdılar. Beləliklə, son söz
onlarda qalırdı. Antrakt vaxtı bu cənablardan biri möhtərəm bir xanımın lojasına
daxil olmuşdu. Xanım isə hiddətlənmişdi. Cənab isə şən cavab vermişdi: “Sizcə,
nə etməliyik? Bu musiqi mənim də xoşuma gəlməyə başlayıb. Lakin özünüz başa
düşün, söz verəndə yerinə yetirmək lazımdır. Üzr istəyirəm, işimin başına qayıt-
malıyam”. Və o mürəxxəs olmuşdu. Saksoniya elçisi genişürəkli fon Zebaxı səhəri
gün tam sakit halda qarşıladım. O, digər dostlarımla birlikdə teatrda coşarkən
səsi tutulmuşdu. Knyaginya Metternix orada yox idi. O, artıq ilk iki tamaşada
əleyhdarlarımızın təhqiramiz məsxərələrinə dözməli olmuşdu. Bu münasibətlə
narazılığını bildirərkən o, kəskin münaqişələr yaşadığı ən yaxşı tanışlarının adını
çəkdi. Metternix onlara demişdi: “Azad Fransanızla birlikdə batasınız! Əsl aris-
tokratiyanın olduğu Vyanada hansısa knyaz Lixtenşteynin və ya Şvarsenberqin
lojasından fitləyərək “Fidelio” üçün balet tələb etmək yolverilməzdir”. Məncə, o
bu məsələ barədə imperatorla da söhbət etmişdi. Nəticədə, təəssüf ki, əsasən sa-
ray ştatına aid olan cənabların ədəbsiz davranışlarına son qoymaq üçün müəyyən
polis tədbirlərinin görülməsi məsələsi müzakirəyə çıxarılmışdı. Bu barədə şayiələr
yayıldı və üçüncü tamaşada teatrın dəhlizlərində polis dəstələri görən dostlarım
qələbənin yaxınlığına inandılar. Sonra məlum oldu ki, bu təhlükəsizlik tədbirləri
jokeylər”in müdafiəsi üçündür. Belə ki, onların öz arsızlıqlarına görə parter
tərəfdən hücumlara məruz qalmaq ehtimalı var idi. Heç nəyə baxmayaraq sona
çatdırılan bu tamaşa kütlənin davamlı coşğunluğu ilə müşayiət olunmuşdu. İkinci
pərdədən sonra Macarıstan nazirinin həyat yoldaşı fon Çemere gəldi. O, özündə
deyildi və bildirdi ki, teatrda qalmaq qeyri-mümkündür. Üçüncü pərdənin necə
keçdiyi barədə heç kim səlis bir xəbər verə bilmədi: tamaşa barıt tüstüsünün bu-
ludları arasında döyüş gurultusunu xatırladırmış.
137
Səhəri gün Trüineni evimə dəvət etdim ki, onunla birlikdə rəhbərliyə aşa-
ğıdakı məzmunda bir müraciət hazırlayım: ifaçıları mənim əvəzimə auditoriya-
nın bir hissəsindən məruz qaldıqları və imperatorluq rəhbərliyinin qarşısını ala
bilmədikləri təhqirlərdən qorumaq istəyi ilə partituramı geri götürməyi lazım