559
Rixard Vaqner
Mənim həyatım
böyük entuziazmla qarşılamışdılar. Auditoriyanın artan vulqarlığı barədə coşğun
nitqlər eşidilirdi. Söhbət yüngülcə siyasət sahəsinə də toxundu. Bunun səbəbi de
la Vakrinin V.Hüqo ilə qohumluğu idi. Təəssüf ki, pərəstişkarlarım piano tapmış-
dılar və mənim müqavimət göstərməyə gücüm olmadığından “Tanhauzer”dən
sevimli parçaları ifa etməyə məcbur qalmışdım. Nəticədə, ziyafət yalnız mənim
şərəfimə təşkil olunmuş hesab edilə bilərdi.
Diqqətəlayiqdir ki, böyük təşəbbüsləri mənim məxsusi populyarlığı-
ma əsaslandırmağın mümkünlüyünü hesab edirdilər. Lirik teatrın müdiri
Tanhauzer”ə tenor tapmaq üçün əlindən gələni edirdi və yalnız istədiyini tapa
bilməməsi onu operamı səhnələşdirmək fikrindən daşındırdı. Cənab de Bomon,
Opera comique
un müdirinin iflasa uğramasına az qalmışdı. Xilası “Tanhauzer”də
tapmağa ümid edərək bu barədə israrlı təklifləri ilə məni bezdirirdi. Düzdür, o,
bununla knyaginya Metternixi də öz tərəfinə çəkməyə çalışırdı. Belə ki, knyaginya
öz təsiri ilə imperatordan maddi dəstək ala bilərdi. O, məni parlaq perspektivlərlə
şirnikləndirə bilmədiyini görüb soyuqluq göstərməkdə ittiham edirdi. Onun təklifi
ilə razılaşmağa cüzi meyl belə hiss etmirdim. “
Opera comique
nin idarəçisi Royenin
benefis tamaşasının proqramına “Tanhauzer”in son pərdəsini daxil edərək böyük
mətbuatın hücumlarına məruz qalsa da, bunun auditoriya tərəfindən yaxşı qarşı-
lanması xəbərini maraqla dinləmişdim. Mümkün layihələr günü-gündən artırdı.
Lorbax təxəllüsü ilə çıxış edən Şabrol adlı biri zəngin bir adamın rəhbərlik etdiyi
cəmiyyətin adından yanıma gəlib “Vaqner-Teatr”ın təsis olunmasını təklif etmiş-
di. Təcrübəli və məşhur müdir tapanadək bu iş haqqında bir kəlmə belə eşitmək
istəmirdim. Seçim Perrenin üzərində dayandı. O, artıq bir neçə il idi ki, gözəl
günlərin birində Böyük operanın müdiri təyin olunacağına əminliklə yaşayırdı və
ona görə özünü nüfuzdan salmağa qorxurdu. Düzdür, Perren “Tanhauzer”in uğu-
runu sırf Royenin bacarıqsızlığı ilə əlaqələndirirdi. Belə ki, mətbuatda yeni tama-
şaya rəğbət oyatmaq vəzifəsi də Royenin üzərinə düşürdü. Öz əllərində hər şeyin
başqa cür olacağı və “Tanhauzer”in uğur qazanacağını sübut etmək imkanı Per-
reni bu cür təşəbbüsdə iştiraka cəlb edirdi. Lakin həddindən artıq soyuqqanlı və
ehtiyatlı adam olduğundan o, Lorbaxın təkliflərində bəzi zəif məqamlar aşkarladı.
Sonuncu komission mükafatlandırmadan danışanda Perren dərhal belə hesab etdi
ki, bütün təşəbbüs kifayət qədər mükəmməl olmayan spekulyasiyadan ibarətdir.
O bildirdi ki, əgər “Vaqner-teatr” təsis etmək fikrində olsaydı, zəruri vəsaiti mütləq
tapardı. Həqiqətən, onun bu növ teatr üçün böyük “
Alkazar
”, “
Bazar de la bonne no-
uvelle”
restoranını əldə etmək fikri var idi. Yəqin bu təşəbbüsi gerçəkləşdirməyə
sərmayəçilər də tapılardı. Erlanger əziyyət çəkmədən on bankir tapa biləcəyini və
hər bankirin 50 000 frank verə biləcəyini ehtimal edirdi. Nəticədə, ümumi fond-
da 500 000 frank yığılardı. Bu pullar işin idarə olunması üçün Perrenin ixtiyarına
verilə bilərdi. Lakin bu cənabların teatrı təsis etmək üçün pul ayırmasının mənim