Rixard Vaqner
Mənim həyatım
578
dadı hər addımda divarları örtən Van Deyk surətləri ilə özünü büruzə verirdi. La-
kin qadının royalın müşayiəti ilə əsl qaraçı ədasında ifa etdiyi müxtəlif mahnıları
dinləmək daha əzablı idi. Onun sözlərinə görə, List qaraçı ədasını sezə bilməmişdi.
Digər tərəfdən, deyəsən “Loenqrin”in musiqisi hər kəsin mənə rəğbət bəsləməsinə
səbəb olmuşdu. Bunu qəsrdə qonaq olan digər maqnatlar da təsdiqlədilər. Onla-
rın arasında Vyanadan tanıdığım qraf Edmund Ziçi də vardı. Burada sərbəst ma-
car qonaqpərvərliyinin formaları ilə yaxından tanış ola bilmişdim. Ancaq aparılan
söhbətlərin məzmununun məndə xüsusi rəğbət oyatdığını deyə bilmərəm. Tezliklə
özümə “bu insanların arasında nə işim var?” sualını verməli oldum. Gecə mənə yax-
şı bir otaq ayırdılar. Səhər qalxan kimi isə gözəl qəsri gəzib onun hansı hissəsində
uzunmüddətli qala biləcəyimi düşündüm. Səhər yeməyində qəsrin böyüklüyündən
söhbət açanda cavab verdilər ki, o, qraf ailəsinin ehtiyaclarını güclə ödəyir. Çünki
gənc qrafinya öz işçi ştatı ilə birlikdə xüsusilə böyük məkan tələb edir. Açıq hava-
da yemək yeyirdik. Soyuq sentyabr səhəri idi. Dostum Rudinin kefi yox idi. Mən
üşüyürdüm. Tezliklə süfrədən qalxıb qraf ailəsi ilə sağollaşdım. Tərbiyələrimizdə
ortaq cəhətlərin az olduğu insanların əhatəsində nadir hallarda olardım. Bu hiss
Medlinq dəmiryol stansiyasına gedəndə son həddə çatdı. Bu səfəri qəsrdə qonaq
olan “kavalerlər”dən bir neçəsi ilə başa vurmuşdum. Səssizliyimi qorumalı oldum.
Çünki söhbət yalnız atların ətrafında dövr edirdi.
6
Medlinqdə düşdüm. Tenor Ander orada yaşayırdı. Bu gün gələcəyimi və
Tristan”a başlamağa hazır olduğumu əvvəlcədən xəbər vermişdim. Səhərin
erkən saatları idi. Aydın, sərin səhər havanın ilıq olacağına işarə idi. Anderin
yanına getməzdəm əvvəl füsunkar
Bruh
la gəzinti etmək qərarına gəldim. Gözəl
yerləşmiş mehmanxananın bağında ikinci səhər yeməyini verməyi əmr etdim və
tam tənhalıqda möhtəşəm bir saat keçirdim. Meşə quşları susmuşdular. Lakin
ətrafımda bir dəstə sərçə yığılmışdı və mən onları çörək qırıntıları ilə yemləməyə
başladım. Bir neçə dəqiqə sonra onlar qorxudan tamamilə azad oldular və düz
masanın üstünə enib dimdiklərinə keçən hər şeyi oğurlamağa başladılar. Bu mənə
Monmoransi yaxınlığındakı tavernada keçirdiyim səhəri xatırlatdı. Gözümdən
yaş gələnə qədər güldüm. Restoranı tərk edib Andreanın bağ evinə yollandıım.
Təəssüf ki, onun xəstəliyinin boş bəhanə olmadığını anladım. İstənilən halda
tezliklə özümə etiraf etdim ki, bu zəif artistə Vyanada yarımtanrı kimi baxsalar
da, Tristan rolu onun gücünə görə deyil. Buna rəğmən, bura qədər gəlmişkən ba-
cardığımı etmək qərarına gəldim və bütün rolu ona ifa etdim. Bu həmişə məni çox
həyəcanlandırırdı. O, partiyanın məhz özü üçün yazıldığını iddia etməyə başladı.