Səhiyyə
104
Fondun təşəbbüsü ilə paytaxt və re-
gionlarda mütəmadi olaraq qanvermə
aksiyaları, ürək çatışmazlığından, do-
daq və damaq bitişməzliyi patologiya-
sından əziyyət çəkən uşaqlar üzərində
əməliyyatlar, aztəminatlı ailələrdən olan
şəxslərin müayinələri və digər tədbirlər
həyata keçirilir.
Fond dünyanın bir sıra aparıcı səhiy-
yə şirkətləri ilə davamlı olaraq əmək-
daşlıq edir. “Fresenius Medical Care”,
Karl-Storz”, “Servier” kimi nüfuzlu
şirkətlər, həmçinin Yunanıstan Respub-
likasının Azərbaycan Respublikasındakı
Səfirliyi tərəfindən Fonda bağışlanmış
müasir tibbi avadanlıq və dərman pre-
paratları ölkənin müvafiq tibb müəs-
sisələrinə təqdim edilmişdir.
2006-
cı ilin iyununda Heydər Əliyev
Fondu Vaşinqton Elmlər Akademiyası
ilə birlikdə Bakıda “Orta əsr əlyazma-
larında tibb və əczaçılıq” mövzusun-
da I Beynəlxalq Konfrans keçirmişdir.
Konfrans günlərində Azərbaycan Milli
Elmlər Akademiyasının Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun
xəzinəsində saxlanılan, UNESCO-nun
Dünya Yaddaşı Proqramının beynəlxalq
reyestrinə daxil olan əlyazmalar və
dünya tibb tarixi üçün əhəmiyyət kəsb
edən digər əlyazmaların sərgisi təşkil
olunmuşdur.
Heydər Əliyev Fondunun UNICEF-lə
əməkdaşlığı çərçivəsində 2010-cu ilin
avqustunda anemiya və talassemiya
üzrə “dəyirmi masa”, həmin ilin no-
yabrında “Azərbaycanda ana südü ilə
qidalanmanın mövcud problemləri və
onların aradan qaldırılmasının yolları”
mövzusunda milli konfrans keçirilmişdir.
2011-
ci ildə Heydər Əliyev Fondu
Hamilə qadınların Hepatit B və HİV-ə
diaqnostikası və yeni doğulmuş uşaq-
ların Hepatit B virusuna qarşı profilak-
tikası” proqramının həyata keçirilməsi
üçün Rostropoviç-Vişnevskaya Fonduna
maliyyə dəstəyi göstərmişdir.