Səhiyyə
106
Heydər Əliyev Fondu səhiyyə sahə-
sindəki fəaliyyət istiqamətlərinə uyğun
olaraq Azərbaycandan kənarda da la-
yihələr həyata keçirir.
2008-
ci ilin aprelində Heydər Əliyev
Fondu Rumıniyanın İon Pop de Popa
Fondu ilə əməkdaşlıq çərçivəsində ürək
xəstəliklərindən əziyyət çəkən insanlara
yardım göstərmişdir.
2010-
cu ilin dekabrında Heydər Əli-
yev Fondu tərəfindən Yekaterinburqdakı
1
nömrəli Vilayət Kliniki Xəstəxanasının
Uşaq Onkohematoloji Mərkəzinə xüsusi
tibbi avadanlıqla təchiz edilmiş “Sobol”
markalı təcili yardım maşını hədiyyə edil-
mişdir.
2012-
ci ilin aprelində Pakistanın
Heybər-Paxtunxva əyalətinin Qazni Laki
Marvat şəhərində yerləşən qadınlar və
uşaqlar xəstəxanasında 4 nəfər imkansız
xəstənin ürəyində cərrahiyyə əməliyyatı
aparılmış, “Edhi Home” xeyriyyə fondu-
nun İslamabadda yerləşən kimsəsizlər
evindəki uşaqlara tibbi baxış keçirilmiş
və hepatit B virusuna qarşı peyvəndlər
edilmişdir. Ümumilikdə, 2012-ci ilin ap-
rel-iyun aylarında Pakistanın müxtəlif
bölgələrində 30 mindən çox imkansız in-
san hepatit B virusuna qarşı üçmərhələli
peyvənd edilmişdir.
2012-
ci il iyunun 14-də, Beynəlxalq
donorlar günündə, Pakistanda talasse-
miya, hemofiliya və qan xərçəngindən
əziyyət çəkən xəstələrin müalicəsi ilə
məşğul olan bir neçə xəstəxananı özün-
də birləşdirən Həmzə Xeyriyyə Fonduna
Heydər Əliyev Fondu tərəfindən xüsusi
qanköçürmə və kiçik laboratoriya ilə təc-
hiz olunmuş təcili tibbi yardım maşını və
2000
ədəd qanköçürmə paketi təqdim
olunmuşdur.
2012-
ci ilin iyununda Peşəvər şəhə-
rində imkansız xəstələrin müalicəsini
həyata keçirən göz xəstəxanasının yeni
korpusunun tikintisi və göz xəstəliklə-
rindən əziyyət çəkən 120 nəfər imkansız
xəstənin əməliyyat olunması üçün maliy-
yə yardımı edilmişdir.