Mədəniyyət
110
UNESCO-nun Bəşəriyyətin Şifahi və
Qeyri-Maddi İrsinin şah əsərləri Siya-
hısına daxil edilmiş Azərbaycan muğa-
mının dünyada geniş təbliği məqsədi
ilə Heydər Əliyev Fondu tərəfindən Ba-
kıda inşa olunmuş Beynəlxalq Muğam
Mərkəzi 2008-ci ilin dekabr ayında isti-
fadəyə verilmişdir. Mərkəzdə mütəmadi
olaraq respublika muğam müsabiqələri,
beynəlxalq konfrans və festivallar təşkil
olunur.
Heydər Əliyev Fondu regionlarda da
muğam mərkəzlərinin yaradılmasına
dəstək verir. 2008-ci ildə Fondun təşəb-
büsü ilə Ağcabədi şəhərində Qarabağ
Muğam Mərkəzi inşa olunmuşdur.
Tarixi mədəniyyət abidələrinin bərpası
və mədəniyyət obyektlərinin inşası
Beynəlxalq Muğam Mərkəzi