Mədəniyyət
134
Fondun təşəbbüsü ilə respublikanın
müxtəlif regionlarında və iri şəhərlə-
rində ümummilli lider Heydər Əliyevin
həyat və fəaliyyətindən, Azərbaycanın
müasir tarixindən və zəngin mədəni ir-
sindən bəhs edən, müasir avadanlıq və
zəruri ədəbiyyatla təchiz edilmiş muzey
və muzey mərkəzləri yaradılmışdır.
Mərkəzlərdə yaradılmış müxtəlif
fotostendlər, kinozallarda nümayiş et-
dirilən videosüjetlər Heydər Əliyevin si-
yasi, dövlətçilik fəaliyyətinin öyrənilmə-
si və gələcək nəsillərə çatdırılmasında
müstəsna rol oynayır. Burada həmçinin
gənclər üçün şahmat, kompyuter, xal-
çaçılıq, təsviri və tətbiqi incəsənət, hey-
kəltəraşlıq dərnəkləri fəaliyyət göstərir.
Heydər Əliyev muzey
və muzey mərkəzləri