Mədəniyyət 149
2012-
ci ildə Luvr muzeyində islam
incəsənətinə həsr olunmuş yeni zallar
yaradılmışdır. İslam incəsənəti bölmə-
sində müxtəlif müsəlman ölkələrinin
mədəniyyətlərinə aid 5 mindən çox bü-
töv incəsənət nümunələri, mindən ar-
tıq natamam və zədələnmiş yaradıcılıq
işləri, islam tarixinin müxtəlif dövrlərin-
də mövcud olmuş dövlətlərə aid sənət
əsərləri sərgilənir.
Dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin 870 illik yubileyinin
keçirilməsi haqqında” Azərbaycan Res-
publikası Prezidentinin 2011-ci il 23 de-
kabr tarixli Sərəncamına əsasən, şairin
yubileyinə həsr olunmuş silsilə tədbir-
lər çərçivəsində 2012-ci il aprelin 20-də
Roma şəhərindəki “Villa Borghese” par-
kında Nizami Gəncəvinin abidəsinin açı-
lışı olmuşdur.