Mədəniyyət 153
2012-
ci ilin sentyabrında Parisdə
Heydər Əliyev Fondunun və Azərbayca-
nın Fransadakı Səfirliyinin dəstəyi ilə ya-
radılmış Azərbaycan Mədəniyyət Mərkə-
zi istifadəyə verilmişdir.
Müxtəlif ekspozisiya zallarının ya-
radıldığı mərkəzdə arxeoloji tapıntılar,
qədim pullar, silahlar, misgərlik mə-
mulatları, yaşı yüz illərlə ölçülən xalça
və xalça məmulatları, zinət və müxtəlif
bəzək əşyaları, xalq incəsənətinin bütün
istiqamətlərinə dair nümunələr, Azər-
baycan milli geyimləri sərgilənir, gənc
rəssamların işləri, qədim musiqi alətləri-
miz nümayiş etdirilir. Mərkəzin kitabxa-
nasında fransız dilinə tərcümə edilən
Azərbaycan ədəbiyyatı külliyyatı, mədə-
niyyətimizin müxtəlif istiqamətlərinə aid
nəşrlər təqdim olunur.