Mədəniyyət
156
Musiqi layihələri
Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik olan mu-
ğam sənətinin inkişafı və təbliği, milli musiqi irsimizin qorunub saxlanılması, dünya
musiqi incilərinin Azərbaycanda tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət
sahəsindəki fəaliyyətində mühüm yer tutur. Beynəlxalq Muğam Festivalı, Qəbələ
BeynəlxalqMusiqi Festivalı, dünya şöhrətli musiqiçilər Üzeyir Hacıbəyli, Bülbül, Dmit-
ri Şostakoviç və Şopenin yubileylərinə həsr olunmuş beynəlxalq festivallar müxtəlif
ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yarada-
raq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.
Muğam müsabiqələri
2005-
ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olması-
nın 120 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə muğam
müsabiqəsi keçirilmişdir.
Qədim muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənə-
tinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə
2007, 2009, 2011
və 2013-cü illərdə də muğam müsabiqələri təşkil olunmuşdur. Mü-
sabiqə qalibləri Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılmışlar.