Elm və təhsil
14
Proqram üzrə yaradılmış işçi qrupu respublikada fəaliyyət göstərən uşaq evləri
və internat məktəblərində mövcud problemlərin araşdırılması məqsədi ilə monito-
rinq aparmış, bu müəssisələrdə uşaqların sayı, aylıq və illik dövlət təminatına daxil
olan qida, geyim, texniki vəsait normativləri, ümumi şərait (təhsil, səhiyyə, yaşayış,
istirahət) kimi göstəriciləri müəyyən etmişdir. Araşdırmadan sonra uşaq evlərinə və
internatlara texniki dəstək, uşaqların keyfiyyətli yeməklə təmin edilməsi, tibbi xid-
mətin, təhsilin, təlim-tərbiyə işinin keyfiyyətinin artırılması əsas istiqamətlər kimi
önə çəkilmişdir.
Şağan qəsəbəsi 3 saylı internat evi
Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı