Mədəniyyət 177
2011-
ci il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Eurovision-2012” Mahnı Müsabiqəsinin təşkili və keçirilməsi haqqında Sərəncam
imzalamış və sərəncama əsasən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əli-
yevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır.
Müsabiqənin Təşkilati Tərəfdaşı olan Heydər Əliyev Fondu layihənin icrasının hər
bir mərhələsinə, o cümlədən müsabiqə müddətində Azərbaycanın təbliği istiqamə-
tində bir sıra önəmli tədbirlərə dəstək verdi. Fondun prezidenti Mehriban Əliyevanın
layihənin icrasına birbaşa rəhbərlik etməsi isə bu tədbirlərin keçirilməsinə və qarşı-
da duran digər məsələlərin operativ həllinə imkan yaratdı.