Mədəniyyət 185
1945-
ci ildə dahi bəstəkar Üzeyir
Hacıbəylinin eyniadlı operettası əsa-
sında ağ-qara formatda çəkilmiş “Arşın
mal alan” filmi Heydər Əliyev Fondunun
təşəbbüsü və dəstəyi ilə dünya kino sə-
nayesinin əsas mərkəzi olan Hollivudda
bərpa edilərək rəngli formatda hazırlan-
mışdır. Doqquz ay ərzində həyata keçi-
rilən bu layihə üzərində Asiya, Avropa
və Amerikadan olan 157 nəfərlik heyət
çalışmışdır. Filmin premyerası 2013-cü il
dekabrın 10-da Heydər Əliyev Mərkəzin-
də olmuşdur.
Arşın mal alan” filminin
rəngli formatda
hazırlanması