Mədəniyyət
192
24
ölkədən rəssamların iştirak et-
diyi “Qız qalası” Üçüncü Beynəlxalq
İncəsənət Festivalında (2012) əvvəlki
festivallardan fərqli olaraq, nəsli kəsil-
məkdə olan “Qafqaz beşliyi”nə diqqəti
cəlb etmək məqsədilə ilk dəfə olaraq
IDEA ekoloji kampaniyası çərçivəsində
ceyran maketləri hazırlanmışdır. Həmin
maketlər ötən illərdəki müsabiqələrdə
iştirak etmiş və artıq festivalın dostla-
rı hesab olunan rəssamlar tərəfindən
bəzədilmişdir.
Festivalın digər fərqləndirici cəhə-
ti isə Qız qalası üzərində video-map-
ping texnologiyasının təqdim edilməsi
oldu. Festivalın bağlanış mərasimində
Qız qalasının üzərinə ötən festivallarda
yaradılmış və abidənin arxitekturasına
uyğun olan Qız qalası maketlərinin pro-
yeksiyası salınaraq rəngarəng görün-
tülər yaradılmışdır.
2013-
cü ilin iyulunda “Qız qalası”
Dördüncü Beynəlxalq İncəsənət Festiva-
lı ilk dəfə olaraq Azərbaycandan kənar-
da – Kannda keçirilmişdir.