Mədəniyyət 197
Festivalda qədim etnoqrafik ənənələr
teatrlaşdırılmış səhnələr vasitəsilə işti-
rakçılara çatdırılmış, qonaqlara kündə
yaymaq, yun daramaq, buğdanı üyüt-
mək üsulları göstərilmişdir.
Festivalda Lətif Kərimov adına Azər-
baycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyinin kolleksiyası, uşaqların
köməyi ilə böyüyən ev heyvanları nü-
mayiş etdirilmiş, qonaqlar üçün qədim
ənənələr əsasında hazırlanmış yemək
və çay süfrələri təşkil olunmuşdur.
Festival çərçivəsində Heydər Əliyev
Fondunun dəstəyi ilə yaradılan iki ma-
saüstü oyunun – “Gənc intellektual” və
Şirvanşahların yüksəlişi” oyunlarının
təqdimatı olmuş, Qala Əntiq Əşyalar
Muzeyinin təməlqoyma mərasimi keçi-
rilmişdir.